Tudor artıq “Tottenhem”in baş məşqçisi deyil?!

25.03.2026 19:56 22
Dünya futbolu
İqor Tudorun “Tottenhem”in baş məşqçi vəzifəsindən ayrıldığl iddia edilir.

"Football-plus.az" xəbər verir ki, bu barədə ilk dəfə “Teamtalk” portalı məlumat yayıb. Hələlik klub xəbərlə bağlı rəsmi açıqlama verməyib. Martın 23-də Tudorun atasının vəfat etdiyi də məlum olub. Xorvatiyalı çalışdırıcı bu xəbəri komandasının “Nottingem Forest” klubuna 0:3 hesablı məğlubiyyətindən sonra öyrənib.

47 yaşlı mütəxəssis London klubuna fevralın 14-də təyinat almışdı və baş məşqçi vəzifəsində cəmi 38 gün işləyib. Komanda onun rəhbərliyi altında 7 oyun keçirib, 1 qələbə qazanıb, 1 heç-heçə edib və 5 məğlubiyyət alıb.

İngiltərə premyer-liqasında 31 turdan sonra 30 xalı olan “Tottenhem” 17-ci yeri tutur.