• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” yenə MS-yə qənim kəsildi, “Bude/Qlimt” nağılı bitdi - İCMAL

Avrokuboklar

22-03-2026, 15:0

Martın 17-18-də Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirildi. Təəssüf ki, “Qalatasaray” səfərdə darmadağın olmaqla mübarizəni dayandırdı.

"Football-plus.az" xəbər verir ki, İngiltərənin 6 klubundan heç biri ilk oyunda qələbə qazana bilməmişdi deyə, neçəsinin mərhələ adalayacağı böyük maraq doğururdu. Həm çərşənbə axşamı, həm də çərşənbə günü ikisi sıradan çıxdı. Yalnız “Liverpul”la “Arsenal” yola davam edir. Beləliklə, 1/4 final oyunlarında bu cütlər qarşılaşacaq: “Real” – “Bavariya”, PSJ – “Liverpul”, “Barselona” – “Atletiko”, “Sportinq”– “Arsenal”. Bu mərhələnin oyunları aprelin 7-8-də və 14-15-də keçiriləcək.

“Sportinq” cavab oyununda “Bude/Qlimt” nağılını bitirdi. ÇL-in ötən mərhələsində “İnter” Norveç komandasına qarşı hədsiz düzxətli oyun göstərmişdisə, “şirlər” ehtiras, kreativlik və təzyiq arasında optimal balans tapa bildi. “Sportinq”in ilk yarıdakı hücum dalğasına baxmayaraq, heç nə norveçlilərin darmadağınından xəbər vermirdi. Portuqaliyalılar yalnız bir dəfə rəqib qapısına yol tapdı, onda da standart vəziyyətdən. Trinkanın ötürməsindən sonra topu qapının uzaq küncünə göndərən İnasio hesabı açdı. Fasilə ərəfəsində Ruy Silvanın qapısının tirini titrədən top “Sportinq”in arxayınlaşması üçün heç bir əsas olmadığını göstərdi. 2-ci hissənin əvvəlində də qonaqlar bir neçə baxımlı hücum qurdu. Bu hücumları dəf edən “şirlər” Qonsalveşin 61-ci dəqiqədəki qolu ilə bir qədər də ümidləndi. Bundan sonra norveçlilər birmənalı şəkildə müdafiəyə çəkilməyə başladı. Amma sərfəli hesabı qorumaq mümkün olmadı. Əllə oyuna görə təyin olunan penaltini qola çevirən Suares ümumi hesabı bərabərləşdirdi!

“Bude/Qlimt”in yenilənmiş heyəti əlavə vaxtda daha iki qol buraxdı. Haykin əlavə 30 dəqiqə başlayan kimi Arauxonun yaxın küncə zərbəsi qarşısında gücsüz oldu, oyunda son nöqtəni isə 116-cı dəqiqədə mübarizəyə qoşulan Nel qoydu. “Sportinq” tarixində ilk dəfə müasir ÇL-in 1/4 finalında oynayacaq!

“Mançester Siti” də cavab oyununda 3 qolun əvəzini çıxmalıydı. Artıq debütdə ilk oyunun qəhrəmanı Valverde “Real”ı irəli çıxara bilərdi, ancaq zərbəsi düz qapıçının üstünə getdi. Ardından meydan sahibləri təzyiq göstərməyə başladı. Şerti cərimə meydançası daxilindən güclü zərbə ilə Kurtuanı narahat etdi, Reyndersin zərbəsi zamanı da qapıçı ustalığını göstərdi. Oyunun həlledici epizodu hissənin ortalarında baş verdi: cinahla irəliləyən Vinisiusun ilk zərbəsi dirəkdən döndü, digər zərbəsini isə qapı xəttində dayanan Bernardo Silva qaytardı. Videotəkrar portuqaliyalının həmin məqamda əllə oynadığını göstərdi. Hakim həm ona qırmızı vərəqə göstərdi, həm də penalti təyin etdi.Vinisius hesabı açdı. Meydan sahibləri hissənin sonunda bu qolun əvəzini çıxdı – Holann Dokyunun asmasını qolla tamamladı.

İngilislər fasilədən sonra risk etməyə, qapının toxunulmazlığını düşünmədən irəli atılmağa başladı. Fasilədə Kurtuanı əvəzləyən Lunin Holannın zərbələrinin öhdəsindən gəldisə, təkbətəkdən yararlanan Dokyunun ofsaydda olduğu aydınlaşdı. Elə Ayt-Nuri ilə Valverdenin qolları da eyni səbəbdən sayılmadı. Amma sonda dublu rəsmiləşdirən Vinisius “Real”a səfər qələbəsi qazandırdı. Madridlilər növbəti dəfə “şəhərlilər”ə qənim kəsildi.
Artıq PSJ-nin “Çelsi”dən klublararası dünya çempionatının finalındakı məğlubiyyətin qisasını aldığını demək olar. Parislilər həmin məğlubiyyətlə iki darmadağınla cavab verdi. Özü də ilk oyundakı 5:2-ni müəyyən mənada sensasiya saymaq olardısa, PSJ Londonda əzəmətini göstərdi. Qonaqlar “Çelsi”nin xilas planının üzərindən dərhal xətt çəkdi. Artıq 6-cı dəqiqədə Kvaratsxeliya komandasını irəli çıxardı, 14-cü dəqiqədə isə Barkolya fərqi artırdı. Bundan sonra PSJ sakitcə oyunun axarına nəzarət etdi. 2-ci hissədə vurulan 3-cü qol isə “Çelsi”ni tam ruhdan saldı. Artıq hər kəs final fitini gözləməyə başladı. PSJ bu cütdə aşkar üstün idi.

“Bayer-04” Leverkuzendə “topçular”a “əcəl təri axıtmışdı”, ancaq Londonda mənzərə fərqli oldu. Yekun statistika heç kimi təəccübləndirməməlidi – yalnız hesab 2:0 olandan sonra qonaqlar topa nəzarət, kornerlər və zərbə baxımından vəziyyəti düzəltməyə başladı. Onda “Arsenal” artıq topu rəqibə vermişdi.

İlk yarıda meydanda yalnız bir komanda var idi. Trossar 3, Qabriel, Saka 2 zərbə vurdu, yalnız Blasvixin qapıdakı inamlı oyunu ilk yarım saatda hesabın açılmasına mane oldu. Hər halda, ilk yarı qolsuz bitmədi. Fasiləyə 9 dəqiqə qalmış Sakanın ötürməsindən sonra Eze “9-luğ”a baxımlı və məhsuldar zərbə vurdu. Fasilədən sonra “Bayer-04” zahirən fəallaşdı, ancaq qonaqların hücumu gücləndirməyə yönələn əvəzetmələrinin ardından Artetanın komandası 2-ci qolu vurdu. Meydanın rəqibə aid hissəsində topu ələ keçirən Rays onu daşıdı və küncə qarşısıalınmaz zərbə vurdu. 0:2-dən sonra artıq “aspirinlər”in xilas olması çətin idi. Müdafiəyə diqqət yetirməyə başlayan “topçular” rahatca üstünlüyü qorudu. “Bayer-04” lap sonda real qol vəziyyəti yaratsa da, Rayya küncə vurulan təhlükəli zərbənin qarşısını aldı. İnamlı qələbə “Arsenal”ı “Sportinq”ə rəqib etdi. 1/4 finala vəsiqə də “şirlər” üçün uğurdu, həmin mərhələdə Artetanın komandası aşkar favorit olacaq.

1/8 final, cavab oyunları
Sportinq – Bude/Qlimt 5:0 (1:0, 3:0), əlavə vaxtda

Sportinq (Lissabon, Portuqaliya): R.Silva, M.Arauxo (Diomande, 110), İnasio, Kuaresma (Debast, 64), Fresneda, Morita (Braqansa, 68), Hülmann, Qonsalveş (Santuş, 68), Trinkan (Faye, 110), Katamo, Suares (Nel, 116).
Bude/Qlimt (Norveç): Haykin, Byorkan, Qunnersen (Aleesami, 106), Byortuft, Şevold, Fet (Euklenn, 90+1), Berq, Evyen (Bassi, 85), Hauqe (Saltnes, 79), Hög (Helmersen, 79), Blomberq (Maatta, 85).
Qollar: İnasio, 34 (1:0). Qonsalveş, 61 (2:0). Suares, 78-p. (3:0). M.Arauxo, 90+2 (4:0). Nel, 120+1 (5:0).
Vərəqələr: Blomberq, 6. Hülmann, 47. Hög, 68. Fresneda, 74. Santuş, 104. Bassi, 105+3. Saltnes, 118 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
17 mart. Lissabon. 49155 tamaşaçı. 
İlk oyun – 0:3.

Mançester Siti – Real 1:2 (1:1)
Mançester Siti (İngiltərə): Donnarumma, Ayt-Nuri, Diaş (Ake, 46), Xusanov, Nunyeş (Marmuş, 57), Rodri (Qonsales, 74), B.Silva, Dokyu, Reynders (Qehi, 46), Şerki, Holann (Semenyo, 57).
Real (Madrid, İspaniya): Kurtua (Lunin, 46), F.Qarsiya, Höysen, Rüdiger, Aleksander-Arnold (Karvaxal, 83), Arda Gülər (Anxel, 74), Çuameni, Pitarç (Kamavinqa, 74), Valverde, Vinisius, Dias (Mbappe, 69).
Qollar: Vinisius, 22-p. (0:1). Holann, 41 (1:1). Vinisius, 90+3 (1:2).
Vərəqələr: Xusanov, 45+4. Mbappe, 76. Aleksander-Arnold, 80 – sarı. B.Silva, 20 – qırmızı.
Hakim: Kleman Türpen (Fransa).
17 mart. Mançester. 51103 tamaşaçı. 
İlk oyun – 0:3.

Çelsi – PSJ 0:3 (0:2)
Çelsi (London, İngiltərə): Sançes, Kukurelya (Adarabioyo, 71), Hato, Çaloba, Sarr (Açimponq, 46), Kaysedo, Santos, Pedro (Delap, 59), Entso Fernandes (Lavia, 59), Neto, Palmer (Qarnaço, 59).
PSJ (Fransa): Safonov, Mendeş (L.Ernandes, 66), Paço, Markinyos, Hakimi, Neveş (Mayulu, 46), Vitinya, Zair-Emeri, Kvaratsxeliya (Li Kan İn, 73), Dembele (Ramuş, 66), Barkolya (Due, 59).
Qollar: Kvaratsxeliya, 6 (0:1). Barkolya, 14 (0:2). Mayulu, 62 (0:3).
Vərəqə: yoxdu.
Hakim: Slavko Vinçiç (Sloveniya).
17 mart. London. 35811 tamaşaçı.
İlk oyun – 2:5.

Arsenal – Bayer-04 2:0 (1:0)
Arsenal (London, İngiltərə): Rayya, İnkapye, Qabriel, Saliba, Uayt (Moskera, 69), Rays, Subimendi (Nerqor, 68), Trossar (Haverts, 69), Eze (Martinelli, 69), Saka, Dyökereş (Lüis-Skelli, 90).
Bayer-04 (Leverkuzen, Almaniya): Blasvix, Tapsoba, Andrix (Ezekyel Fernandes, 83), Kuansa, Qrimaldo, A.Qarsiya, Palasios (Şik, 70), Poku (Tillman, 60), Maza, Terrye (Kallbret, 60), Kofane.
Qollar: Eze, 36 (1:0). Rays, 63 (2:0).
Vərəqə: Palasios, 46 - sarı. 
Hakim: Danni Makkeli (Niderland).
17 mart. London. 57537 tamaşaçı.
İlk oyun – 1:1.

Faktlar
* “Sportinq” 21-ci əsrdə ilk dəfə ÇL-də 1/4 finala çıxdı. Lissabon klubu turnirin bu mərhələsində sonuncu dəfə 1982/83 mövsümündə görünüb.
* “Bude/Qlimt” ÇL-də debüt mövsümündə mübarizəni 1/8 finalda dayandırdı. Buna qədər komanda ümumi hesab 13:4 olmaqla ardıcıl 5 qələbə qazanmışdı. Norveç klubları arasında ÇL-də ən yaxşı göstərici “Rusenborq”a məxsusdu. Tronheymlilər 1996/97 mövsümündə 1/4 finala qədər irəliləmiş, bu mərhələdə “Yuventus”a uduzmuşdu (1:1, 0:2).
* Haykin ÇL-in bir mövsümündə seyv sayına görə rekord müəyyənləşdirdi. 30 yaşlı rusiyalı qapıçı əsas mərhələnin 12 oyununda 68 seyv edib. Haykin “Real”ın qapıçısı Kurtuanın 2021/22 mövsümündə müəyyənləşdirdiyi rekordu (59) yenilədi. Bu göstəricidə 3-cü pillədə Çex (58) qərarlaşıb.
* Qvardiola baş məşqçi kimi ÇL-də oyun sayına görə 2-ci pilləyə yüksəldi. İspaniyalı mütəxəssis turnirdə 191-ci oyununu keçirməklə Aleks Ferqyusonu (190) arxada qoydu. Bu göstəricidə lider Karlo Ançelottidi (218).
* ÇL-də 57-ci qolunu vuran Holann bu göstəricidə Tomas Müllerlə 7-ci yeri bölüşür. İlk 6 pillədə isə bu futbolçular qərarlaşıb: Kriştiano Ronaldo (140), Lionel Messi (129), Robert Levandovski (107), Kərim Benzema (90), Raul (71), Kilian Mbappe (68).
* “Real”ın qapısına yol tapan Holann cari mövsümdə MS-nin heyətində qol sayını 30-a çatdırdı. Ardıcıl 4-cü mövsümdə 30 qol həddinə çatan norveçli forvard bütün turnirlər çərçivəsində 42 oyun keçirib. Holann 2022/23 mövsümündə 52, 2023/24 mövsümündə 38, 2024/25 mövsümündə 34 qol vurub.
* “Real” ardıcıl 6-cı dəfə ÇL-in 1/4 finalında oynayacaq. Madrid nəhəngi sonuncu dəfə bunu 2019/20 mövsümündə bacarmayıb. Komanda həmin vaxtdan bəri iki dəfə turnirin qalibi olub, iki dəfə yarımfinalda, iki dəfə 1/4 finalda dayanıb.
* “Real” ardıcıl 3-cü dəfə MS-ni ÇL-dən uzaqlaşdırdı. Madridlilər 2024/25 mövsümündə bu komandanı 1/8 finala vəsiqə uğrunda oyunılarda (2:3, 3:1), 2023/24 mövsümündə isə 1/4 finalda (3:3, 1:1, p. – 5:4) məğlub edib. “Real” MS-ni sonuncu dəfə 2022/23 mövsümündə keçə bilməyib, onda yarımfinalda qalib gələn (1:1, 4:0) “şəhərlilər” sonda turnirin qalibi olub.
* “Çelsi” PSJ ilə cavab oyununda antirekord müəyyənləşdirdi. London klubu tarixində ilk dəfə ÇL-də ilk 14 dəqiqədə iki qol buraxdı.
* “Çelsi” tarixində ilk dəfə ikioyunluq dueldə 8 qol buraxdı. “Zadəganlar” PSJ-yə ilk oyunda 2:5, ikinciddə 0:3 uduzdu. Buna qədər komanda nəinki avrokuboklarda, heç ölkədaxili turnirlərdə də ikioyunluq duellərdə 8 qol buraxmamışdı.

Oyundan sonra
Kyeyil Knutsen, “Bude/Qlimt”in baş məşqçisi:

“Biz futbol oynamadıq, sadəcə, şəraitə baxdıq. “Sportinq” heç nəyə fikir vermədən oynadı, biz isə elə topa ilk toxunuşda fəsadlar haqda düşündük. Oyunun niyə məhz belə bitdiyini dəqiq deyə bilmərəm, nadir hallarda konstruktiv oyun göstərdik. Öz oyunumuzdan çox uzaq idik”.

Ruy Borjeş, “Sportinq”in baş məşqçisi:

“Bude/Qlimt”in yaxşı versiyasını görmüşdük, bu gün də “Sportinq”in yaxşı versiyasını gördük. Azarkeşlərin dəstəyi sayəsində bu gecənin xüsusi olacağını hiss etdim. Yalnız 2:0 hesabıyla qələbə qazansaydıq da, komandama görə qürur duyacaqdım. Taktikadan başqa inam, qətiyyət və inam sayəsində bu nəticəyə nail olduq”.

Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Təəssüf ki, bu oyunu bərabər heyətlərlə keçirə bilmədik. Möhtəşəm komandamız var, möhtəşəm. “Real”ı və hamınızı təbrik edirəm. Karyera yaxşı və pis nəticələrdən ibarətdi. Çempionlar Liqasında mübarizəni dayandırdıq. Ancaq bu turnirdə tələblər hədsiz yüksəkdi”.

Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:

“Rəqib oyuna gözlədiyimiz tərzdə - güclü pressinqlə başladı. Fasilədə say üstünlüyündən necə yararlanmalı olduğumuz haqda danışdıq. Qələbəyə görə məmnunam. Qvardiola məni təbrik etdi, mən də ona Liqa kubokunun finalında uğur arzuladım. Avropanın çempionu olmaq istəyirsənsə, ən yaxşılara qalib gəlməlisən”.

Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Bu gün yüksək səviyyəli oyun göstərdik. Əks-hücumlarda çox dəqiq oynadıq, iki qol vurmaqla intriqanı öldürdük. Belə oyunların axarına nəzarət etmək çətindi. Axı “Çelsi” əla komandadı. Əla oyun göstərdik və qələbəni haqq etdik”.

Liam Rosenyor, “Çelsi”nin baş məşqçisi:

“Ağır gecədi. Belə səviyyədə səhvlərə yol vermək olmaz. Hələ statistikaya baxmamışam, ancaq çox zərbəmiz oldu. Azarkeşlərə təşəkkür etmək istəyirəm, onlar futbolçuların necə çalışdığını gördü. Heyətlə bağlı çatışmazlıqlar işimizi lap çətinləşdirdi”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Oyuna əla başladıq, rəqibə daim təhlükə yaşatdıq. Eze bizi irəli çıxardı, ikinci hissədə isə Rays özünü göstərdi. 1/4 finala vəsiqəni tam haqq etdik. Eze hər 3 gündən bir oynayır, komanda yoldaşları ilə əla anlaşır. Bütün komanda kimi Deklan da möhtəşəm idi”.

Kasper Hülmann, “Bayer-04”ün baş məşqçisi:

“İlk yarıda hücumların qurulmasında çoxlu səhvə yol verdik. “Arsenal” güclü təzyiq göstərdi. Ancaq standart vəziyyətlərdən başqa rəqibə elə çox imkan vermədik. Sonra Eze fantastik qol vurdu. Düşünürəm ki, bu mövsümdəki nəticə ilə qürur duya bilərik. Özümüzlə Avropanın ən yaxşı komandaları arasındakı fərqi görürük, elitaya can atırıq. Növbəti mövsüm də bu turnirdə oynamağa çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

1-09-2025, 13:0

ÇL: kim kimlə qarşılaşacaq?

Avrokuboklar

12-03-2026, 08:0

“Bude/Qlimt” artıq nağıl deyil, əfsanəyə çevrilir!

Avrokuboklar

27-02-2026, 15:0

"Qalatasaray" yenə "Liverpul"la üz-üzə - ÇL-də 1/8 finalın püşkü atıldı

Avrokuboklar

25-02-2026, 01:0

“Bude/Qlimt” yenə möcüzə törətdi - ÇL-də gecənin nəticələri

Avrokuboklar

19-03-2026, 11:0

“Qalatasaray” dayandı…

Çempionlar Liqası

23-10-2025, 01:0

“Qarabağ” 13-cü pilləyə düşdü – ÇL-də gecənin nəticələri

Aktual
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Son xəbərlər
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 172
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə