“Bayıl Arena” təmirə bağlanacaq

18.03.2026 14:54 38
Ölkə futbolu
“Səbail”in uzun müddətdi ev oyunlarını keçirdiyi keçmiş “ASCO Arena”, indiki “Bayıl Arena” təmirə bağlanır.

“Football-plus.az”a daxil olan məlumata görə, buna səbəb qazonun durumudu. Olduqca yararsız vəziyyətdə olan “Bayıl Arena”nın ot örtüyünün durumu PFL-i narahat edir, qurum təmirin vacibliyi ilə bağlı kluba müraciət edib.

Təmirin mövsüm başa çatandan sonra reallaşması gözlənilir.

MÜZƏFFƏR QULUZADƏ