Bir günə beş medal

11.03.2026 11:13 9
İdman
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə beş təmsilçimiz medal qazanmağı bacarıb.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq, Səbuhi Əmiraslanov (79 kq) finalda İsmail Xanıyevə uduzaraq, gümüş medala sahib çıxıb. Musa Ağayev (65 kq) ermənistanlı rəqibi Arman Musikyanı məğlub edərək bürünc medal qazanıb. Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə qalib gələrək, Zəfər Əliyev (97 kq) isə türkiyəli Emirhan Kılıcı yenərək bürünc medal əldə edib.

U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul