Del Pyero İtaliya futboluna görə narahatdı

4.03.2026 13:36 8
Dünya futbolu
"Football-plus.az" xəbər verir ki, “Yuventus”un sabiq hücumçusu və kapitanı Alessandro Del Pyero İtaliya futbolunun indiki durumu ilə bağlı danışıb:

“Çətin vəziyyətdi. Göründüyü qədər pis deyil, amma deyilənlərin 90 və ya 95 faizi doğrudu. Bu, son illərdə İtaliyada başverənlərin nəticəsidi. İnvestisiya səviyyəsi aşağıdı. Digər bazarlar bizimkindən daha böyük olub. Problemlər? Stadionlar. Vəziyyəti yaxşılaşdırmaq üçün meydandan kənarda daha yaxşı nəticələr göstərməli olduğumuzu bilirik. Gənc oyunçular üçün inkişaf sistemləri? Dortmund “Borussiya”sının 2008-ci il təvəllüdlü iki italyanla “Atalanta” ilə oynadığını görürük. Bağışlayın? Nə baş verir? Niyə bu italyanlar Dortmundda oynayırlar? İnanıram ki, maliyyə baxımından komandalarımız xərclərini daha yaxşı idarə etməlidi. Bu qədər borcumuz olmamalıdı. Hamının mövsümün sonunda böyük çek yazan “Yuventus” kimi sahibləri yoxdu. Oyuna olan sevgimizi yenidən kəşf etməliyik. İctimaiyyətə göstərdiklərimizə görə daha məsuliyyətli olmalıyıq; bəzən çoxlu mübahisəli məsələlər olur”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul