Araz-Naxçıvan”, “Sumqayıt” və “Neftçi” təhlükəni dəf edə biləcəkmi? – ilk 22 turun güzgüsü

4.03.2026 09:56 19
Ölkə futbolu / Manşet
Bazar günü Misli premyer-liqasında 22-ci tura yekun vuruldu. Bununla 2-ci dövrəni də geridə qoyduq. Düzdü, qarşıda hələ daha 11 tur var. Lakin bir çox komandanın indiyəqədərki çıxışı mövsümlük hədəfləriylə bağlı xeyli suala aydınlıq gətirib. Belədə ortaya çıxan müəyyən məsələləri diqqətinizə çatdırmağa ehtiyac duyduq.

Bilindiyi kimi, 12 elita klubundan 7-si avrokuboklara vəsiqə qazanmaq, qalanı premyer-liqada qalmaq uğrunda mübarizə aparır. İş elə gətirib ki, komandalar hazırda turnir cədvəlində məhz həmin hədəflərə uyğun düzülüb. Yəni ölkəmizi Avropada təmsil etmək istəyənlər ilk “7-lik”dədi. O başqa məsələ ki, sonda məqsədinə çatacaq dörd komandadan ikisinin “Sabah”la “Qarabağ” olduğu aydındısa, digərlərini təxmin etmək çətindi. Yenə də Neftçi”ylə “Araz-Naxçıvan”ın vacib xallar itirdiyini, “Sumqayıt”ın, ümumiyyətlə, qələbənin dadını unutduğunu nəzərə alsaq, sonda ilk “4-lüy”ü “Zirə” ilə “Turan Tovuz”un qapamaq ehtimalı daha böyükdü.

Premyer-liqanı tərk etmək istəməyənlərin mübarizəsinə gəlincə, “Kavan-Yevlax”ın dirçəlməsi mümkünsüzdü. Burda yalnız “Qəbələ” və “Kəpəz”in yarışı diqqət mərkəzindədi. Çünki mövsümü 11-ci yerdə tamamlayan komanda 1-ci liqanı 2-ci yerdə bitirənlə pley-off matçı keçirməli olacaq. Burda isə “sarı-göylər”in daha şanslı göründüyü göz önündədi.

Hər halda, indiki durum “Araz-Naxçıvan”, “Sumqayıt” və “Neftçi” üçün həyəcan siqnalıdı. Qalan məsələlərə isə zaman aydınlıq gətirəcək

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul