Bundesliqada yeni rekord

2.03.2026 20:49 18
Dünya futbolu
Bundesliqanın 23-cü turu çərçivəsində “Bavariya”nın evdə “Ayntraxt”a 3:2 hesabı ilə qalib gəldiyi oyun Camal Musiala üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, o, bu liqada 100-cü qələbəyə sevinib.

Camal bu göstəriciyə 22 yaş 360 günlüyündə çatıb. O, bununla bundesliqada 100 qələbə qazanan ən gənc futbolçu olub.