Bir medala görə 250 min dollar!

22.02.2026 12:56 17
İdman
"Football-plus.az" xəbər verir ki, qazaxıstanlı fiqurlu konkisürən Mixail Şaydorov Qış Olimpiadasındakı qələbəsinə görə 250 min dollar alacaq.

Bundan başqa, Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev idmançıya ikinci dərəcəli “Barıs” ordeni verəcək.

Şaydorov Qazaxıstandan olimpiya çempionu olan ilk fiqurlu konkisürəndi. 2014-cü ildə onun həmvətəni Denis Ten bürünc medal qazanıb.