“Diasın qələbəsinə 500 min dollar qoymuşdum. Dias indiki formasına, təcrübəsinə və əllə işləmək bacarığına görə Masvidaldan üstündü. Masvidalın rinqdə Diasa hansısa problem yarada biləcəyini görmürəm. Diasın qələbəsinə əmin olduğuma görə 500 min dollar qoydum. Belədə 1 milyon 625 min dollar götürdüm. Zənginlər zənginləşir! Əhsən, Neyt! Qələbə münasibəti ilə təbrik edirəm”.
Konorun 500 min dollar qoyduğu döyüş iyulun 6-da ABŞ-nin Anahaym şəhərində keçirilib. Dias Masvidala hakimlərin qərarı (95-95, 97-93, 98-92) ilə qalib gəlib.


