• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təkcə Andrade yox, Zubir, Yankoviç, Duran da özünü göstərə bilmədi” - Mahmud Qurbanov darmadağın haqda

Avrokuboklar / Manşet

21-02-2026, 08:0

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna yüksələn “Qarabağ” “Nyukasl”la ilk oyunda darmadağın oldu.

Artıq ilk yarıda 5 qol buraxan ağdamlılar üçün hadisələr ən pis şəkildə cərəyan etdi. 8-ci dəqiqədə iki kobud səhvdən sonra 0:2 geri düşüən komanda üstəlik 22-ci dəqiqədə Bəhlul Mustafazadəni də itirdi. Qurbanov Bəhlulun yerinə Boltu meydana buraxandan sonra müdafiə xətti yeniləndi. Artıq Bolt müdafiənin sağ cinahına keçdi, müdafiənin mərkəzində isə Silva gəldi və Medina ilə birgə oynadı. Amma yenə də heç nə dəyişmədi. Hissənin sonunda hesab artıq 0:5 idi. “Qarabağ”ın baş məşqçisi 2-ci hissənin əvvəlində də taktiki dəyişiklik etdi. Leandro Andrade yerini Bədavi Hüseynova verdi, komanda bundan sonra “beşli” müdafiə ilə oynadı. İkinci yarıda həm “Qarabağ” qol vurdu, həm də rəqib.

Son oyundakı uğursuzluqla bağlı təcrübəli mütəxəssis Mahmud Qurbanovla danışdıq:

“Oyundan əvvəl də “Nyukasl”ın qələbə qazanacağı gözlənilirdi. Amma böyükhesablı məğlubiyyət... Bu, “Qarabağ”ın qarşılaşdığı ilk İngiltərə komandası deyildi. Elə bu mövsüm evdə “Çelsi” ilə heç-heçə etmişdi. Amma “Nyukasl”ın ilk dəqiqələrdən etdiyi təzyiq, sürət, oynadığı oyun göstərdi ki, bu komanda Bakıya yanlız qələbə üçün gəlib. Heç-heçə də yox, qələbə üçün. Rəqibin təzyiqi “Qarabağ” müdafiəçilərinin səhvinə gətirib çıxarırdı və bu da qollarla nəticələnirdi. İlk hissədə Mateuş Koxalski bir neçə kritik seyv edərək fərqin daha acınacaqlı olmasına imkan vermədi. “Nyukasl” oyuna çox ciddi yanaşmışdı. “Qarabağ” ilk yarıda heç cür öz oyununu göstərə bilmədi. İngiltərə çempionatında oynayan futbolçularla “Qarabağ”da oynayanları müqayisə etmək də düzgün deyil. Səviyyə, sürət fərqi var. Müqayisə etməyə dəyməz. “Nyukasl” ulduzları olmayan komandadı, kollektiv şəkildə oynayırlar. Dünən də bunun şahidi olduq. İlk hissədə “Qarabağ”ın heç bir şansı olmadı. Hesab elə bu yarıdaca böyük hesabla bitdi. Standart vəziyyətlərdə çox təhlükəliydilər. Təkcə cinahlardan yox, mərkəzdən də “Qarabağ”ın müdafiəsini yarmağı bacardılar. Çox ağıllı oynadılar. Yaxşı təhlil etmişdilər. İkinci hissədə artıq qələbəni təmin etmişdilər, top saxlamağa çalışdılar. Baş məşqçi futbolçularını çox yormamağa çalışdı. Həftəsonu çempionatda “Siti” ilə çətin oyunları var. “Qarabağ”da sağ cinahın zəif olmasının səbəbi rəqibin sol cinahının daha fəal olması idi. Həm müdafiədə, həm də hücumda diqqətliydilər. Leandro Andradenin oyunu heç görünmədi. Təkcə Andrade yox, Abdulla Zubir də, Marko Yankoviç də, Kamilo Duran da özünü göstərə bilmədi. Heç cür oyunları alınmadı. Elvin Cəfərquliyev ikinci hissədə qol vurdu. Bu sevindirici haldı. Səfərdə də oyun var. Bu oyunda, yəqin ki, “Qarabağ” nəsə etməyə çalışacaq. Bəli, ikinci hissədə beş müdafiəçi ilə oynadıq. Çoxdan “Qarabağ”ı belə sxemdə oynayan görmürdüm. Dəyişdilər, qol da vurdular. Çalışdılar ki, nəsə etsinlər, amma “Nyukasl” da gücünü qorudu. “Qarabağ” həmişə öz oyununa sadiq qalıb. Bəli, “Benfika” ilə oyunda 2 top geridə olsalar da, qələbə qazandılar. Amma onda da 4 müdafiəçi ilə buna nail olmuşdular. “Qarabağ” həmişə eyni sxemlə - 4 müdafiəçi ilə oynayır. İstər Çempionlar, Avropa, Konfrans Liqasında olsun, istər çempionatda, istərsə də ölkə kubokunda. Sistem sabit qalır. 5:0-dan sonra bu dəfə beş müdafiəçi ilə oynadılar. Bəlkə də hesab arasında fərq daha böyük olmasın deyə, bu addımı atdılar. Ola bilsin, Bəhlulun zədələnməsi də sxemin dəyişməsinə şərait yaratdı”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Çempionlar Liqası

18-02-2026, 13:0

“Qarabağ” “Nyukasl” qarşısına bu heyətlə çıxacaq! – Montiel, Kadi, yoxsa Addai?

Avrokuboklar

18-02-2026, 20:0

"Qarabağ" - "Nyukasl": START HEYƏTLƏRİ

Avrokuboklar / Aktual

6-11-2025, 16:0

Leandro Andrade ən yaxşıdı, bəs “Qarabağ”ın ən zəifi kim oldu?

Ölkə futbolu / Reportaj

13-04-2025, 13:0

Leandro Andrade “Səbail”i darmadağın etdi - REPORTAJ

Aktual / Avrokuboklar

31-01-2026, 16:0

Marko Yankoviç Liverpulda bəyənildi – o, “Qarabağ”ın ən yaxşısıdı

Manşet / Avropa Liqası

1-03-2024, 18:0

"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi

Aktual
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Son xəbərlər
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 480
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 197
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə