• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyədə qış transfer dönəmi necə keçdi?

Dünya futbolu

13-02-2026, 12:0

“Beşiktaş” dünyada 4-cü oldu

"Football-plus.az" xəbər verir ki, Türkiyə futbolunda yanvarın 2-dən açıq olan qış transfer dönəmi fevralın 6-da bağlandı. Qısaca qardaş ölkədə superliqa klublarının bu “pəncərədə” fəaliyyətinə nəzər salacaq.

Qeyd edək ki, Türkiyə elitasında bu qış klublar ümumilikdə 91 transfer gerçəkləşdirdi. 18 klubdan ikisi – “Antalyaspor” və “Alanyaspor” heyətini, ümumiyyətlə, gücləndirə bilmədi. Çünki hər iki klubun transfer cəzası davam edir. Ən az transfer həyata keçirən klublar “İstanbul BŞ”, “Kocaelispor” və “Gənclərbirliyi” oldu. Onların hər biri yalnız bir transferlə kifayətləndi. Ən çox transfer həyata keçirən klublar isə “Eyüpspor” (13), “Kasımpaşa” (12) və “Fatih Karagümrük” (9) oldu.

Nəhənglərdən “Beşiktaş” faəllığı ilə seçildi. Xüsusilə “pəncərənin bağlanmasına” yaxın fəallaşan İstanbul nəhəngi ümumilikdə heyətinə 7 futbolçu qatdı. Aqbaduya 18 milyon avro ödəməklə tarixinin ən bahalı ikinci transferini reallaşdıran, eləcə də Hyın Qyu Onu 14 milyon avroya almaqla tarixində ilk dəfə koreyalı futbolçu transfer edən “ağ-qaralar” bu qış ümumilikdə 57 milyon avro xərclədi.

Qeyd edək ki, bura Abraham üçün ödənilən 15 milyon avro da daxildi. İngiltərəli forvard bu məbləğə alındı və dərhal da 21 milyon avroya “Aston Villa”ya satıldı.

Maraqlıdı ki, “Beşiktaş” bu qış “Mançester Siti” (95 milyon avro), “Kristal Pelas” (89) və “Əl-Hilal”dan (70) sonra dünya futbolunda transferlərə ən çox pul xərcləyən 4-cü klub oldu! “Fənərbaxça” 5 yeni oyunçuya ümumilikdə 37 milyon avro xərclədi. Bu məbləğ əsasən Genduzi (28 milyon avro), Musaba (5) və Şerif (4) üçün xərclənildi. Kante ilə Mərt Günok heyətə pulsuz cəlb olundu. Kanteyə 14,4 milyon avro imza parası ödənilsə də, bu pul, təbii ki, transfer məbləği hesab edilmir.

Fanatlar arasında ən böyük narahatlıq doğuran məqam yüksək səviyyəli bir mərkəz hücumçusunun alınmaması oldu. Çünki Ən-Nəsiri və Duran kimi iki önəmli qol silahı komandanı tərk etdi. Əvəzində yalnız Sidiki Şerif “Anje”dən icarəyə götürüldü ki, onun da əvvəlki klubunda məhsuldarlığı göz oxşamır. Sırf bu məqama görə “Fənər”in qışdakı fəaliyyətini uğurulu adlandırmağa adamın dili gəlmir.

İddialara inansaq, rəhbərlik idman direktoru Devin Özəkdən narazıdı. Ötən yay Əli Koçun başqanlığı dönəmində bu vəzifəyə gətirilən Özək ilə yayda yollar ayrılacaq. ÇL-də yoluna davam edən “Qalatasaray” isə bu qış nəhənglər arasında transferlərə ən az məbləğ xərcləyən klubdu. “Cim-Bom”un büdcəsindən 5 yeni futbolçu üçün cəmi 9,35 milyon avro çıxdı. Bu məbləğin 6,5 ilyon avrosu təkcə gənc Nyaqa üçün xərclənildi. Asprilya pulsuz icarəyə götürüldüsə, Lanqın icarəsi üçün 2 milyon avro, Boenin icarəsi üçün 500 min avro ödənildi. Gənc Can Armando Güner isə 350 min avroya transfer edildi. 5 futbolçunun orta yaş həddinin yalnız 21,8 olması diqqəti çəkir. Maraq üçün bildirək ki, ilk dövrədə “Qalatasaray”da forma geyən oyunçuların orta yaş həddi 26,8 idi. Yəni son çempion heyətini xeyli gəncləşdirdi.

QALATASARAY
Gələnlər: Noa Lanq (icarə, “Napoli”), Yaser Asprilya (icarə, “Jirona”), Renato Nyaqa (Kaza Pia), Can Armando Güner (Borussiya M), Saşa Boe (icarə, “Bavariya”).
Gedənlər: Berkan Kutlu (Konyaspor), Yusuf Dəmir (Rapid V), Kazımcan Karataş (icarə, “İstanbul BŞ”).

FƏNƏRBAXÇA
Gələnlər: Entoni Musaba (Samsunspor), Mərt Günok (Beşiktaş), Matteo Genduzi (Latsio), Sidiki Şerif (icarə, “Anje”), Nqolo Kante (Əl-İttihad).
Gedənlər: İrfan Can Kahveci (icarə, “Kasımpaşa”), Rodriqo Bekao (icarə, “Kasımpaşa”), İrfan Can Eğribayat (icarə, “Samsunspor”), Cenk Tosun (Kasımpaşa), Ərtuğrul Çətin (Erokspor), Sebastyan Şimanski (Renn), Bartuğ Elmaz (icarə, “Fatih Karagümrük”), Con Duran (icarəsi ləğv olundu, “Zenit”), Yussef Ən-Nəsiri (Əl-İttihad).

BEŞİKTAŞ
Gələnlər: Yasin Özcan (icarə, “Aston Villa”), Kristyan Asllani (icarə, “İnter”), Hyın Qyu O (Genk), Emmanuel Aqbadu (Vulverhempton), Amir Murilyo (Marsel), Devis Vaskes (icarə, “Roma”).
Gedənlər: Mərt Günok (Fənərbaxça), Yonas Svensson (Rusenburq), Qabriel Paulista (Korintians), David Yurasek (icarəsi ləğv olundu, “Benfika”), Dəmir Ege Tıknaz (Braqa), Rafa Silva (Benfika), Temmi Abraham (Aston Villa), Əmrəcan Terzi (icarə, “Sakaryaspor”).

TRABZONSPOR
Gələnlər: Çibuike Nvaivu (Volfsberq), Matias Lövik (Parma), Umut Nayır (Konyaspor).
Gedənlər: Arif Boşluk (icarə, “Konyaspor”), Danilo Sikan (Anderlext), Sərdar Saatçı (icarə, “Əl-Nəsr”), Poyraz Yıldırım (icarə, “Sakaryaspor”), Cihan Çanak (icarə, “Gənclərbirliyi”), Kazim Olaiqbe (icarə, “Konyaspor”), Rayyan Baniya (icarə, “Konyaspor”).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-02-2024, 13:0

Türkiyədə bu qış neçə oyunçu transfer edildi?

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

20-02-2025, 12:0

Türkiyədə bu qış neçə transfer reallaşdı? - SİYAHI

Dünya futbolu

8-02-2026, 19:0

''Beşiktaş'' bu qış dünyada 4-cü oldu

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

26-01-2025, 16:0

''Beşiktaş'' bu futbolçunu icarəyə verdi

Aktual
“Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər” – Vaqif Cavadov təəccüblənib
Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
Müəmmalı “Araz-Naxçıvan”: oynamaq istəyənlərin və istəməyənlərin siyahısı!
“Neftçi”nin avrokubok şansları böyükdü” - Fərid Namazov
Zaur Axundov “Bəhramov”da – ev dustağı olduğu deyilirdi
Tovuzlular bakılıları susdura biləcək? – mindən çox qonaq azarkeş gəlir
Son xəbərlər
  • Bu gün, 18:38
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 18:28
    ''Samsunspor''un prezidenti ağzını açıb gözünü yumdu - ''Fənər''lilər məndən üzr istəsin''
  • Bu gün, 17:57
    “Şərait və peşəkarlıq baxımından bizdən qat-qat üstündülər” – Vaqif Cavadov təəccüblənib
  • Bu gün, 17:26
    "Zirə" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 16:55
    Polina Rəhimova Yunanıstan kubokunu qazandı
  • Bu gün, 16:24
    Kassano İtaliya futbolunu saf-çürük etdi - “Yuventus”un əxlaq haqqında danışması, sadəcə, qəbuledilməzdi”
  • Bu gün, 15:53
    Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
  • Bu gün, 15:22
    Mourinyo ''Portu'' ilə oyunda qırmızı vərəqə aldı - ''mənə 50 dəfə ''satqın'' dedi''
  • Bu gün, 14:51
    Müəmmalı “Araz-Naxçıvan”: oynamaq istəyənlərin və istəməyənlərin siyahısı!
  • Bu gün, 14:20
    Güləş millimiz mübarizəyə qoşulur - AÇ
  • Bu gün, 13:59
    Renatın komandası xal itirdi
  • Bu gün, 13:28
    Türkiyəli məşqçi dünyasını dəyişdi
  • Bu gün, 12:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:26
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:55
    Onun yolu haradı?
  • Bu gün, 11:34
    “Neftçi”nin avrokubok şansları böyükdü” - Fərid Namazov
  • Bu gün, 11:13
    Ölkə kubokunun yarımfinal oyunlarının vaxtı dəyişə bilər! – “Qarabağ”la “Sabah” gözləyir
  • Bu gün, 10:52
    Kənan Yıldız coşdu, ''Yuve'' darmadağın etdi
  • Bu gün, 10:31
    Dünya çempionunun aqibəti necə olacaq?
  • Bu gün, 10:00
    Qomesin rekorduna şərik çıxdı
  • Dünən, 23:56
    "Neftçi"də yeni təyinat
  • Dünən, 23:30
    İngiltərə futbolunun tarixinə düşdülər
  • Dünən, 23:13
    Onlar artıq “Arsenal”a lazım deyillər
  • Dünən, 22:19
    “Narazı qaldığım məqamlar da oldu, özlərinə dedim” – Qurban Qurbanov
  • Dünən, 22:06
    Messinin ABŞ-da illik qazancı bəlli oldu
  • Dünən, 21:41
    “Oyunçular cərimələnəcək, bu qərarı klub prezidenti verir” – Andrey Demçenko
  • Dünən, 20:53
    Zaur Axundov “Bəhramov”da – ev dustağı olduğu deyilirdi
  • Dünən, 20:22
    “İmişli” Qubadakı stadionda gördüyü işləri açıqladı – premyer-liqa klubları zülmdən xilas olacaq?
  • Dünən, 19:51
    “Red Bull” qələbə uğrunda mübarizə aparmayacaq”
  • Dünən, 19:20
    “Dinamo” darmadağın etdi, “Şaxtyor” lider oldu - İCMAL
  • Dünən, 18:59
    ''Qalatasaray'' - ''Liverpul'' oyununun hakimi açıqlandı
  • Dünən, 18:28
    "Qarabağ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 17:57
    “Fənərbaxça” liderdi, “Efes” autsayder
  • Dünən, 17:26
    Dürant da 32 min xal həddinə çatdı
  • Dünən, 16:55
    Tovuzlular bakılıları susdura biləcək? – mindən çox qonaq azarkeş gəlir
Daha çox
Oxunub: 414
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 338
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 292
“Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
Oxunub: 207
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Oxunub: 143
“Klubdan həm də buna görə ayrıldım” – “Şəfa”nın sabiq prezidenti bilinməyən məqamları “Futbol+”ə dedi!
Oxunub: 142
Böyüklərin davası başladı - KÖŞƏ
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə