Bunun səbəbini öyrənmək üçün əvvəlcə klubun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:
“Tıxac səbəbindən komanda gecikdi. Fors-major hal idi. Həmin vaxt Bakıda hər yer tıxac idi, xüsusən Masazır istiqaməti. Gecikmə müddəti çox olmayıb”.
Oyuna AFFA nümayəndəsi kimi təyinat alan Elgiz Abbasov da bu barədə “Futbol+”ə açıqlama verdi:
“Belə hallar olanda diqqətdə saxlanılır, raporta yazılır və İntizam Komitəsinə təqdim olunur. Cəzanın verilib-verilməyəcəyi isə İntizam Komitəsinə bağlıdı”.
Xatırladaq ki, “Qəbələ” bu mövsüm ilk dəfə belə problemlə qarşılaşıb.
MÜZƏFFƏR QULUZADƏ





