• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan”ın Demçenko ilə hədəfə çatması Naxçıvana köçməsi qədər realdı

Yazarlar / Manşet

10-02-2026, 22:0

Qışda 6-cı pilləni bəyənməyən, 4-5-ci pillələrdə olan rəqiblərdən bir neçə xal geridə olmağı özünə sığışdırmayan “Araz-Naxçıvan” rəhbərliyi günahı baş məşqçidə gördü və Elmar Baxşıyevə “yaxşı yol” dedi. Əvəzində məşqçi kimi heç bir uğuru olmayan, amma “gələcək vəd edən” Andrey Demçenkonu posta təyin etdi. Maşallah olsun, necə də doğru qərar! 3 oyun, 3 vurulan, 10 buraxılan qol, 1 heç-heçə, 2 darmadağınlı məğlubiyyət. Əhsən! Cənab rəhbər şəxslər, bunumu istəyirdiz?

Demçenkonun özəl “futbol baxışı” var. Ona görə məşq vacibdi. Əslində burda heç bir problem yoxdu. İlk baxışdan məşqin vacib olduğunu düşünməkdə heç bir problem görünmür. Amma cənab Demçenkoya görə məşq oyundan da vacibdi. Bəli. Bu səbəbdən də komandanın ulduzu Felipe Santosu “gözdən çıxarıb”, ancaq sonradan meydana buraxır. Gözünə döndüyüm Felipe də hər dəfə sonradan meydana çıxanda özünü göstərir, hələ “Sabah”a qol da vurur. Son oyunun ardından keçirilən keçirilən mətbuat konfransında bu barədə sual verdim ki, “hələ də sizin üçün məşq oyundan vacibdi?” 49 yaşlı mütəxəssis isə sualdan yayındı, “komanda olaraq uduzduq” kimi ifadələrdən yararlandı.

Demçenkonun futbol dünyagörüşünə görə, komanda 11 nəfərlə müdafiə olunmalıdı. Ola bilər, normaldı. Amma təzad ondadı ki, komanda ardıcıl iki oyunda qapısında 4 qol görür. İstəyir, bacarmır, futbolçuları əlində olan bacarığdan da məhrum edir. Bunlar 11 nəfərlə müdafiə olunub “İmişli”dən 2, “Neftçi” və “Sabah”dan 4 qol buraxır, hələ görün...
Andrey Demçenko üçün məşq futboldan o qədər önəmlidi ki, məşqdə özünü yaxşı göstərən futbolçuları özlərinə heç aid olmayan mövqedə də oynadır. Bruno Franko mərkəz müdafiəçisinə çevrilib. Hətta Rahil Məmmədovu ehtiyatında saxlayacaq qədər “güclü” “mərkəz müdafiəçisi” imiş. Franko birmənalı şəkildə cinah futbolçusudu. Mərkəzdə topu qəbul edir, özündən aslı olmayaraq cinaha meyillənir. Buna görə də mərkəzdə boşluq yaranır. Vanderson Melonu da mərkəz müdafiəçisi kimi görürük. Fiaskodu.

Yarımmüdafiənin ən yaxşılarından, yaradıcılıq baxımdan komandanın bir nömrəsi Nuno Rodriges isə Demçenko gələndən ehtiyat oyunçular skamyasının əvəzedilməzi olub. Görəsən, bu mütəxəssisə nə tapşırılıb? Bəlkə məqsəd seriya yaxalamaqdı? - qələbəsizlik seriyası. Mövsümün sonuna qədər bunu bacarmaq Muxtar Respublika təmsilçisi üçün daha rahatdı, nəinki komandanın bundan sonra avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizəsi. Komanda “dördlük”də olmadığına görə Elmar Baxşıyevlə yollar ayrıldı. İndi isə 7-ci pilləyə düşə bilərlər. Bu gün “Neftçi” “Qəbələ”ni məğlub edəcəyi halda, belə də olacaq.
Aydın məsələdi ki, klub rəhbərliyi hazırda verdiyi qərardan peşmandı. Bir var nəticə olmasın, oyun olsun. İndi nə oyun var, nə də nəticə. Müdafiəyə önəm verən komanda hər oyuna orta hesabla 3-dən çox qol buraxır. Hücumda da inamsızdılar. “İmişli”dən başqa “Sabah”a bir qol vurulub, o da ki hesab 4:0 olanda.

“Araz-Naxçıvan”ın vəziyyəti yaxşı deyil. “Araz-Naxçıvan”ın ukraynalı məşqçi ilə uğur qazanması mövsümün sonuna qədər Naxçıvana köçməsi qədər realdı.

MÜZƏFFƏR QULUZADƏ

P.S. Bizim eldə yaxşı bir məsəl var: əri döymüş arvadı it də tutdu bir yandan... “Araz-Naxçıvan”ın yaşıl meydandakı uğursuzluqları azmış kimi, qeyri-rəsmi sahibi, Azərbaycan Futzal Federasiyasnın (AFF) prezidenti Zaur Axundovun cinayət məsuliyyətinə cəlb olunması haqda da xəbər yayılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə (Cinayət Məcəlləsinin 179.4-cü maddəsi) ittiham edilir. Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik Zaur bəylə bağlı məhkəmə qərarı yoxdu.
Zaur Axundov həmçinin Naxçıvan Futbol Federasiyasının prezidentidi. Zaur bəyin qardaşı Ramin Axundov “Araz Naxçıvan” futbol klubunun prezidentidi. O, bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-02-2026, 18:0

"Bu gün oyunçularımda narahatlıq gördüm" - Andrey Demçenko

Ölkə futbolu / Manşet

17-04-2024, 12:0

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

Ölkə futbolu / Manşet

7-01-2026, 16:0

“Elmar Baxşıyevin ahı imkan verməz qabağa gedəsiz” - Demçenkonun gəlişi xoş qarşılanmadı

Aktual

24-05-2025, 20:0

“Araz-Naxçıvan”dan 0 futbolçu? Fəlakət” – Felipe Santos coşdu

Ölkə futbolu / Aktual

9-01-2026, 10:0

Demçenko “Araz-Naxçıvan”ı başına yığdı – “Heyətdə ciddi zədəsi olan futbolçu yoxdu”

Ölkə futbolu / Manşet

1-02-2026, 18:0

“Başa düşürəm ki, 4:0 xoşagəlməz hesabdı” – Andrey Demçenko

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 152
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 114
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə