Londonu tərk etdi

8.02.2026 14:58 17
Dünya futbolu
“Çelsi” yeniyetmə futbolçusu Tayrek Corcu icarəyə göndərib.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Everton"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Corcla cari mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ingiltərəli oyunçu "Çelsi"nin yetirməsidir. O, London təmsilçisi ilə cari mövsüm 11 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul