Bir London klubundan digərinə

10.08.2025 19:51 11
Dünya futbolu
London klubları arasında aparılan transfer danışıqları müsbət nəticələnib.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

İngiltərənin vitse-çempionu “Çelsi”dən Noni Maduekeni transfer edib. Bu barədə hər iki klubun mətbuat xidmətinin məlumatına görə, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərəli yarımmüdafiəçi üçün “Çelsi”yə 55 milyon avro təzminat ödəniləcək. Müqavilədə 5 milyon avro bonus da nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərə yığmasında da çıxış edən Noni ötən mövsüm “Çelsi”nin heyətində meydana çıxdığı 46 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.