Qol vurdu, göz yaşlarını saxlaya bilmədi

1.02.2026 23:51 21
Dünya futbolu
İbrahima Konate üçün İngiltərə premyer-liqasının 24-cü turunun “Nyukasl”la oyunun emosional sonluqla nəticələnib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusu 4:1 hesabıyla bitən matçın sonunda qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib. Ötən həftə atası vəfat edən fransalı müdafiəçi qoldan sonra ağlayıb.

“Liverpul”un baş məşqçisi Arne Slot oyundan sonra keçirilən mətbuat konfransında əslində Konatenin komandaya bir neçə gündən sonra qoşulmalı olduğunu bildirib.

Qeyd edək ki, Konate premyer-liqada “Bornmut”, Çempionlar Liqasında isə “Marsel” və “Qarabağ”la oyunları buraxmışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul