''Beşiktaş'' qışın 2-ci transferini ''İnter''dən reallaşdırdı

31.01.2026 13:32 26
Dünya futbolu
Son günlər nəhayət, transferdə fəallaşan ''Beşiktaş'' Yasin Özcanın ardından daha bir keçidi rəsmiləşdirmək üzrədi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi Kristyan Asllaninin icarəsi ilə bağlı ''İnter''lə anlaşma əldə edib. Albaniyalı yarımmüdafiəçi mövsümün ilk dövrəsini icarə əsasında ''Torino''da keçirmişdi. Hazırda ''İnter'' ilə ''Torino'' arasında icarənin ləğvi ilə bağlı danışıqlar tamamlanmaq üzrədi. Əslində bu futbolçu İstanbula hələ cümə axşamı axşam saatlarında ayaq basmalı idi. Amma Milan - İstanbul reysi ilə hərəkət edən təyyarədə problem yarandığından Asllaninin gəlişi bu günə qaldı.

''Empoli''nin yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən 23 yaşlı futbolçu 2022-dən ''İnter''ə məxsusdu. Milan nəhəngi əvvəlcə onu icarəyə götürmüş, 2023-ün yayında isə 15 milyon avroya daimi əsasda transfer etmişdi. ''İnter''də 99 rəsmi oyunda forma geyərək aktivinə 4 qol, 5 məhsuldar ötürmə yazan Asllani bu mövsüm ''Torino''da 16 oyuna çıxıb. 2022-dən bu yana şərəfini qoruduğu Albaniya yığmasında isə 38 oyuna çıxaraq 5 qol vurub.

''Beşiktaş'' heç bir icarə haqqı ödəməyəcək. İstanbul nəhəngi sadəcə Asllaninin maaşını ödəyəcək. ''Ağ-qaralar'' mövsümün sonunda 12 milyon avroya bu futbolçunu daimi əsasda ala bilərlər. Amma müqavilədə məcburi transfer yoxdu. Yəni ''Beşiktaş'' onu bəyənməsə, ''İnter''ə geri göndərəcək. ''Torino'' Asllaninin birillik icarəsi üçün mövsümün əvvəlində ''İnter''ə 1,5 milyon avro ödəmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul