Lissabondan Neapola yollanacaq

31.01.2026 11:20 13
Dünya futbolu
“Napoli” tezliklə heyətinə yeni futbolçu cəlb edəcək.

"Football-plus.az" xəbər verir ki, insayder Canluka Di Martsionun məlumatına görə, A seriyasının son çempionu “Sportinq”in braziliyalı hücumçusu Alisson Santosla razılaşıb. 23 yaşlı futbolçu ötən yay 2,1 milyon avroya “Vitoriya”dan Portuqaliya klubuna keçib. O, mövsümün ilk hissəsində 29 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Alissonun “Napoli” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul