Dünya çempionatını buraxa bilər

30.01.2026 16:08 13
Dünya futbolu
Xuan Foyt ağır zədə alıb. Argentinalı futbolçu uzun müddət oynamaya bilər.

"Football-plus.az" xəbər verir ki, “Vilyarreal”ın müdafiəçisi La Liqanın “Real”la matçında (0:2) sol ayağından ağır zədə alıb. Xuan yaxın günlərdə əməliyyat olunacaq. Onun DÇ-2026-nın final mərhələsini buraxmaq ehtimalı yüksəkdi. Belə zədələrdən sonra bərpa müddəti, adətən, təxminən 6-9 ay çəkə bilir. Mundialın 11 iyun - 19 iyul aralığında keçiriləcəyini nəzərə alsaq, Foytun turnirə qədər tam hazır olması praktiki cəhətdən qeyri-mümkündü.

Bu mövsüm “Vilyarreal”ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Foyt Argentina yığması ilə DÇ-2022-nin və Finalissimanın qalibi olub, həmçinin 2019-cu ildə Amerika Kubokunda bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul