Çempionlar Liqasının “Vilyarreal”la matçında (2:2) zədələnən Xuan Kabal yenidən uzun müddətə sıradan çıxıb.
“Yuventus”un mətbuat xidmətinin məlumatına görə, gənc futbolçunun sağ bud nahiyəsində problem aşkarlanıb. Həkimlərin rəyinə əsasən, Xaanın bərpa müddəti təxminən 6 həftə çəkəcək.
Xatırladaq ki, kolumbiyalı futbolçu ötən mövsümün əvvəlində ağır zədə alandan sonra bu yay sıraya dönmüşdü. O, bu mövsüm 3 oyunda iştirak edib və 1 qol vurub.