"Liverpul" - "Qarabağ" oyunu azarkeş sayına görə üçüncü oldu

29.01.2026 14:23 39
Avrokuboklar
İngiltərədə "Liverpul" və "Qarabağ" arasında keçirilmiş Çempionlar Liqasının əsas mərhələsinin oyunu 8-ci turda azarkeş sayına görə üçüncü olub.

"Football-plus.az" xəbər verir ki, "Enfild" stadionunda baş tutan qarşılaşmada 60043 tərəfdar qeydə alınıb.

"Borussiya" (Dortmund, Almaniya) - "İnter" matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 fanat olub.

Xatırladaq ki, "Qarabağ" "Liverpul"a altı cavabsız qolla uduzub. Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "köhlən atlar" pley-offda İngiltərə "Nyukasl"ı və ya Fransa PSJ-si ilə üz-üzə gələcək. Bu raundun püşkü sabah atılacaq.