“Enfild”də son 60 ilin rekordu

19.12.2023 21:52 162
Dünya futbolu
“Liverpul”un İngiltərə premyer-liqasının 17-ci turunda evdə “Mançester Yunayted”lə qolsuz heç-heçəyə razılaşdığı matçda diqqətçəkən fakt qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, oyunu 57158 tamaşaçı izləyib. Bu isə son 60 ildə “Enfild”də qeydə alınan ən yüksək göstəricidi. “Liverpul” öz meydanında sonuncu dəfə 1963-cü ildə ölkə kubokunun “Bernli” ilə keçirilən matçında belə çox azarkeş toplaya bilmişdi.

Əlavə edək ki, MY ilə oyun “Liverpul”un tarixində İngiltərə çempionatı çərçivəsində izləyici sayına görə 3-cü olub.