Kişi boksçular arasında ölkə çempionatı başa çatıb.
"Football-plus.az" xəbər verir ki, 33 komandanın iştirakı ilə keçirilən yarışın final görüşləri keçirilib. 75 kq çəki dərəcəsində ölkə çempionu müəyyənləşib.
Bu çəki dərəcəsində finalda Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK) Rasim Çobanlı (DİN İC) üzərində qələbə qazanaraq qızıl medala sahib olub. Rasim Çobanlı isə gümüş medalla kifayətlənib.