Raul Məmmədov "Səbail"də - RƏSMİ

26.01.2026 17:47 26
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Raul Məmmədovun yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi "Səbail" yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.

O, mövsümün sonunadək "Turan Tovuz"dan icarəyə götürülüb.