Millimizin futbolçusu Türkiyə klubuna keçdi - RƏSMİ

26.01.2026 16:55
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimizin üzvü Coşqunə Əliyeva karyerasını Türkiyədə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə milli komandanın rəsmi "feysbuk" səhifəsi məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi "Qaziantep" klubuna transfer olunub.

Coşqunə Əliyeva son olaraq "Neftçi"də çıxış edib.