AFFA prezidenti "Zirə"ni təbrik etdi

16.08.2024 13:09 329
Ölkə futbolu
AFFA-nın prezidenti Rövşən Nəcəf Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Zirə"ni təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Zirə" futbol klubunu tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah"a isə gələcək oyunlarda uğurlar arzu edirəm" - deyə AFFA prezidenti bildirib.

Xatırladaq ki, "Zirə" 3-cü təsnifat mərhələsində "Osiyek"i penaltilər seriyasında məğlub edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul