Bakıda “Qələbə Moto Yürüşü 2026” festivalı keçiriləcək

17.10.2026 20:50 18
İdman
Bakıda “Qələbə Moto Yürüşü 2026” festivalı təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, noyabrın 1-də Bakı Bulvarında keçiriləcək tədbir Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Motosiklet İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalın əsas məqsədi Azərbaycanın motomədəniyyətini tanıtmaq, motosiklet ictimaiyyətini bir araya gətirmək, birlik və həmrəyliyi təşviq etməkdi.

Tədbir çərçivəsində motosiklet yürüşü də təşkil olunacaq.

Festival saat 13.00-da Dənizkənarı Milli Parkda başlayacaq.