Madriddən Londona qayıtdı

21.01.2026 01:00 7
Dünya futbolu
Konor Qallaher Madriddən Londona qayıdıb. “Tottenhem” heyətini onunla gücləndirib.

"Football-plus.az" xəbər verir ki, London klubu “Atletiko”nun yarımmüdafiəçisini birdəfəlik transfer edib. 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Qallaher İspaniya klubunda 2024-cü ilin yayından çıxış edirdi. O, cari mövsümdə madridlilərin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Konorun İngiltərə premyer-liqasında zəngin çıxış təcrübəsi var. O, indiyədək bu turnirdə keçirdiyi 136 matçda 18 qol vurub və 13 qolun ötürməsini verib.