“Araz-Naxçıvan” yoxlama oyununda qələbə qazandı

18.01.2026 15:54
Ölkə futbolu
“Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, naxçıvanlılar “Zaqatala” ilə qarşılaşmada 4:0 hesablı qələbə qazanıb.

Komandanın qollarını Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurub.