“Karvan-Yevlax” Azər Həşimovun köməkçilərini göndərdi – özü hələ qalıb...

17.01.2026 13:58 27
Ölkə futbolu / Manşet
Bu gün “Karvan-Yevlax”ın məşqçilər korpusunda ayrılıqlar yaşandı. Belə ki, klub sabiq baş məşqçi Azər Həşimovun köməkçisi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.

Maraqlıdı, bəs, Azər Həşimovla bağlı məsələ nə yerdə qaldı? Gün ərzində bu məsələnin də həllini tapacağını düşünə bilərikmi?

“Football-plus.az”ın sualını Azər bəy cavabladı:
“Xeyr. Hələ klubdan mənimlə danışan olmayıb. Köməkçilərimlə yollar ayrılsa da, mənlə bağlı durum olduğu kimi qalır. Ölkəmizdə qayda-qanun var. Dövlətimizin ədalətinə inanıram. Hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Yevlax təmsilçisini hazırda matçlara yeni çalışdırıcısı Füzuli Məmmədov çıxarır. Lakin Azər Həşimovla müqaviləyə hələ xitam verilməyib.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul