“Mənim kimi bəzi məşqçilər də var ki, haqqı olanı almalıdı”

5.01.2026 17:56 36
Ölkə futbolu / Aktual
“Karvan-Yevlax” hələ də sabiq çalışdırıcısı Azər Həşimovla mübahisəli vəziyyəti həll etməyib. Sabiq də deyirik, faktiki bu məsələ dolaşıqdı. Yevlax klubu adamı baş məşqçi postundan uzaqlaşdırsa da, kompensasiyasını ödəməyib. Həşimov isə hüquqi yollara baş vurub. Digər tərəfdən, Füzuli Məmmədovun statusu hələ aydın deyil.

Azər bəylə əlaqə saxladıq, vəziyyətlə maraqlandıq:
“Bu işlə vəkilim Elcan Həsənli məşğul olur. Müqaviləm PFL-lədi. Hələ də alacağım əməkhaqqılar var. Onları gözləyirəm. Necə olacaq, vaxt-zaman göstərəcək. Müqavilə ondan ötərüdü ki, şəffafllıq, saflıq olsun. Güman edirəm ki, mənim kimi bəzi məşqçilər də var ki, haqqı olanı almalıdı. Müqavilədən artıq pul istəmirik. Əməkhaqqımızı tələb edirik. İnanıram ki, hər şey qaydalar çərçivəsində olar, biz də maaşlarımızı alarıq”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul