“Barselona”ya qayıtdı

15.01.2026 19:03 8
Dünya futbolu
Joao Kanselonun “Barselona”ya transferi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu 31 yaşlı futbolçunu “Əl-Hilal”dan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Kanselo 2024-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, bu mövsüm bütün turnirlərdə 6 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdi. Kanselo “Barselona”nın formasını 2023/24 mövsümündə də geyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul