• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İlboyu belə davam etsə, futbolçuların gücü tükənəcək" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

9-01-2026, 12:0

Bu gün "Azərsun Arena"da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı keçirildi.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavabladı.

- Komandanın durumu necədi? Futbolçular istirahətdən hansı ab-havada qayıdıb? Qarşıdakı planlar nədi?
- Futbolçuların istirahət üçün az vaxtı oldu. Keçən il də bu cür olmuşdu. Toral Bayramovla Aleksey Kaşuk xəstələndi. Yaxşı istirahət ediblər, üzləri gülür. Həvəslə məşq edirlər.

- Çempionlar Liqasındakı rəqibiniz “Ayntraxt” "Qarabağ"la oyuna qədər 3 rəsmi matç keçirəcək. Gözləmək olardı ki, bu oyunun ağırlığını hiss etmək üçün daha güclü rəqiblə yoxlama oyunu keçirəsiz. Bunun üçün Əbu-Dabiyə, Dubaya getmək olardı. Bu cür seçim etməməyiniz maliyyə məsələsi ilə bağlıdı, ya futbolçuları psixoloji olaraq yalnız “Ayntraxt” matçı ilə yükləmək istəmədiz?
- Maliyyə ilə bağlı sıxıntı yoxdu. İlboyu güclü rəqiblərlə oynamışıq. Sadəcə, 90 dəqiqə oynamağa hazır deyilik. Qarşımızda ciddi rəqiblər var. Böyük ehtimalla, ilk yoxlama oyununda hər futbolçu bir hissə oynayacaq. İkinci matçda 90 dəqiqə oynamaq nəzərdə tutulub. Futbolçuların hazırlıq səviyyəsinə baxacağıq. Böyük vaxt itirməmişik. Hazırlıq planında problem olmayacaq. Əskiklər var idi. Amma bu, yorğunluq və psixoloji gərginlikdən irəli gəlirdi. Bəzi məqamlarda intizamsızlıq olurdu. Bu çatışmazlıqları aradan qaldırmaq üçün fasiləyə ehtiyac var idi. 20 gün idman formasını itirmək üçün ciddi vaxt deyil. Futbolçular istirahət edib. İnanmıram ki, başqa sıxıntı olsun.

- "Qəbələ" ilə matçdan sonra demişdiz ki, futbolçulara görə çoxlu zənglər gəlir. Həmin zənglərin sayı artıb ya azalıb?
- Davam edir. Çalışırıq ki, yoluna qoyaq. Futbolçuları anlamaq olar. İradım edilən zənglərədi. Adamın bir ağası olar. Bir futbolçu ilə bir nəfər danışar. Hərə bir tərəfdən vasitəçilik etməyə çalışır. Sanki onlar futbolçunun gələcəyini düşünənlərdi.

- Marko Yankoviçlə bağlı durum necədi? Qalır, yoxsa ayrılmaq ehtimalı var?
- Normal. Məndə hazırda gedəcəyi haqda məlumat yoxdu.

- Yerli futbolçularınıza maraq hansı səviyyədədi?
- Hamısına maraq var. Elə daha çox onlarla maraqlanırlar. Menecerlərimiz çoxalıb. Başqa ölkələrdən də maraq var. Onların gələcəyini düşünən daha çoxdu.

- Yanvarda gedən və ya gələn olacaq?
- Hələ ki konkret danışıq apardığımız futbolçu yoxdu.

- "Qarabağ" hansı mövqe üçün futbolçu axtarışdadı?
- İnanın ki, hər mövqe üçün danışıq aparırıq. Hazırda ən çox iş saatı ayırdığımız məsələ transferlərlə bağlıdı. Xeyli sayda futbolçuya baxırıq. Ümumiyyətlə, son vaxtlarda fasiləsiz çalışırıq. Çox istəyirik ki, bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. İlboyu belə davam etsə, futbolçuların gücü tükənəcək. İşimizi heç olmasa indiki səviyyədə qoruyub-saxlamaq istəyiriksə, oyunçuların çox olmasına ehtiyac var.

- "Qarabağ" ÇL-də pley-off mərhələsinə yüksəlsə, bu proses sürətlənəcək?
- Planı buna görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, liqa mərhələsinə vəsiqə qazananda, daha çox addım atardıq. Düzü, istəyirdik. Amma gördüz ki, bacarmadıq. Bu gün transfer məsələləri elə həddə çatıb ki, futbolçu burda olmasa, deyə bilmərik ki, transfer etdik... Mərhələ keçsək də, iştirak ərizəsinə çoxlu futbolçu sala bilməyəcəyik. Böyük limit vermirlər. Hər halda, dəyişiklik etmək istəyirik. Elə düşünməyin ki, futbolçulardan narazıyam. Sadəcə, işimizi daha da yaxşılaşdırmaq istəyirik.

- "Sabah" premyer-liqada liderdi. Buna görə, hansısa narahatlıq var?
- Normal prosesdi. Narahatlıq hər il olub. Rahahatlıq yalnız çempionluğu təmin etdikdən sonra olur. Komandalar iddialıdı, həvəslidi. Bütün kollektivlərin uğuruna sevinirik. Ölkə çempionatında istənilən yenilik futbola sevgidi, kütlənin futbola verəcəyi gücdü. Amma biz iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün şans varsa, sona qədər mübarizə aparacağıq. Heç bir kluba deyilmir ki, mütləq hər il çempion olmalısan. Belə qanun yoxdu. İstənilən liqada lider, çempion dəyişir. Böyük liqalarda da bunu görürük. "Qarabağ", "Real", "Mançester Siti" çempion olmayanda iddiasından əl çəkməlidi? Sadəcə daha ciddi, diqqətli olmalıyıq. Gərgin çempionat keçir, iddialı rəqiblər var. İnkişaf etmiş, gələcəyini planlaşdıran komandalar mövcuddu. Buna ancaq sevinirik.

- 2026-cı ildə ilk görüşümüzdü. Futbolla bağlı arzularınız bəllidi. "Qızıl dubl" etmək və ÇL-nin pley-off mərhələsinə vəsiqə qazanmaq. Bəs, şəxsi həyatınızla bağlı hədəfiniz nədi?
- Şəxsi həyatım da futbolla bağlıdı. Arzum həmişə sizlərin, azarkeşlərin inamını itirməməkdi. Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə olan inam həmişə qalsın. Bu, mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəlincə, bu barədə danışmağı xoşlamıram. O başqa mövzudu. Hər yerdə istəyərəm ki, mənə olan güvən itməsin.

- Qış fasiləsində futboldan uzaq qala bildiz?
- Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, futbolu müzakirə edirlər. Əsasən də son vaxtlardakı məğlubiyyətlərdən danışırlar. Məni başa düşən 3-4 nəfərdi. Qalanlar deyir, filankəsi niyə dəyişmədin, bu niyə belə oldu... Yarızarafat da olsa, bunu bildirirdilər (gülür). Əfsuslar olsun ki, bunlardan qaça bilmədim. Sözə "düzünü sən bilirsən" ifadəsiylə başlayırlar... 3-4 nəfər isə daim yanımda olur, motivasiya verir. İnanın ki, futbolçular istirahətdən sağlam qayıdırsa, hər məşqdə istəkli olursa, bu, mənim üçün istirahətdi. İstirahət etsəm, görsəm ki, məşq ürəyimcə olmur, futbolçularım yaxşı deyil, onun üstündən xətt çəkilir.

- Renat Dadaşov “Qarabağ”a təklif olunub?
- Xeyr, belə təklif olmayıb. Azərbaycanlıdı, millimizin üzvüdü. Amma hələ transfer siyahımızda yoxdu.

- İndiki “Sabah” daha təhlükəlidi, yoxsa çempionluğu uduzduğunuz “Neftçi”?
- Fikir bildirməyim düzgün olmaz. İstəyərdim ki, özümüz daha təhlükəli olaq. Amma hər iki komanda çox istəklidi. Futbolçularım özünə gəlir. Ola bilər ki, son vaxtlarda rəqiblərin istəyi bizdən daha çox idi. Gərgin oyunlar keçirdik. ÇL-də son iki matçda uduzduq. Komandaya olan təzyiqlər təsirsiz ötüşmədi. Ümumi enerji aşağı səviyyəyə düşmüşdü. “Sabah” sabahı düşünərək iş qurub. Bu idman prinsipləri baxımından bizim üçün təhlükəlidi, amma Azərbaycan futbolu üçün sevindirici haldı. Qarşımızda belə iddialı klub var.

- “İmarət” stadionu inşa olunur. Sizcə, orda ilk oyun premyer-liqa matçı olacaq, yoxsa Çempionlar Liqası?
- O günə kimi sağ qalaq. Özümü deyirəm (gülür). Tam hazır olduqdan sonra vəziyyətə baxmaq lazımdı. İlk oyunu hansı turnirdə keçirsək, mənə elə gəlir ki, ÇL-nin finalı kimi qəbul olunacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

1-08-2022, 14:0

Qurban Qurbanov Stanislav Çerçesovu qabaqladı

Avropa Liqası

13-09-2022, 11:0

Əvvəlcə Qurban Qurbanov, sonra "Nant"ın baş məşqçisi

Ölkə futbolu

8-01-2026, 18:0

Qurban Qurbanovun mətbuat konfransının vaxtında dəyişiklik

Avrokuboklar

29-09-2025, 11:0

Qurban Qurbanovun mətbuat konfransının vaxtı

Ölkə futbolu / Manşet

30-07-2024, 22:0

Aleksey Kaşuk "Qarabağ"da? - Qurban Qurbanov açıqladı

Premyer-liqa / Manşet

1-09-2024, 23:0

Juninyoyla bağlı ciddi problemin səbəbi nədi? - Qurban Qurbanov ilk dəfə açıqladı

Aktual
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Son xəbərlər
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 23:50
    İspaniya – Belçika oyununda bərabərlik - DÇ gecəsi
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Dünən, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Dünən, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Dünən, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Dünən, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Dünən, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Dünən, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Dünən, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Dünən, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Dünən, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • 9-07-2026, 23:0
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • 9-07-2026, 23:0
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • 9-07-2026, 22:0
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 132
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 128
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə