5 ay e, 5 ay! - Rüfət niyə əli ətəyindən uzun qayıtdı?

8.01.2026 15:39 70
Manşet / Yazarlar
Yayda “Səbail”dən Xorvatiyanın “Varajdin” klubuna transfer olunan Rüfət Abdullazadə vətənə döndü. İstirahət, yeni il üçün yox, 6 ay icarə qaydasında “Zirə”də oynamaq üçün.

Bəh-bəhlə Xorvatiyaya gedən, əsas heyət futbolçusu olacağı ilə bağlı vəd verilən Rüfət Abdullazadə bir çox legioner həyatı yaşayan futbolçularımız kimi geri döndü. Özü də cəmi 5 ay sonra. Rüfət mümkün 18 oyunun 9-da meydanda oldu, bir çoxunda sonradan meydana çıxdı. Məhsuldarlığı isə 0 qol, 2 məhsuldar ötürmə.

Düzdü, müqavilə ilə “Varajdin”ə məxsusdu. Amma burdan daha yaxşı yerə yüksələ biləcəkmi? İnandırıcı deyil. Açığını deyək: “Zirə” hazırda “Varajdin”dən daha güclüdü. “Qartallar” Xorvatiya çempionatlarının ən yaxşı 2-ci komandası “Hayduk”la son ana qədər mübarizə apardı. Amma Xorvatiyadan daha yaxşı yerlərə getmək ehtimalı ola bilərdi. Tramplin üçün “Varajdin” istənilən Azərbaycan klubundan ən azı 10 addım daha qabaqdadı.

Rüfətin “Zirə”yə xeyri dəyə bilər. Amma burda söhbət Rüfətin karyerasından gedir. Rüfət mübarizəyə tab gətirə bilmədi. Heyətə düşməkdə çətinlik çəkdi, bacarmadı. Cəmi bir neçə gün əvvəl Azərbaycana qayıtmaq istəmədiyini deyən futbolçunun “Zirə” ilə anlaşması tragikomediyadı.

Xorvatlar Rüfəti aldatdı? Xeyr. Rüfət bacarmadı, çətinliyə tab gətirə bilmədi. Qınadığımız Mahir Emreli nə olur-olsun, israrla xaricdə qalır. Rüfət isə 24 yaşında 5 ay oynayıb ölkəyə qayıdır.
Futbolumuzun inkişaf etməməsinin səbəblərindən biri də məhz budu. Uşaq futbolunda infrastruktur qədər də psixoloji dərslər keçmək lazımdı. Komfort yaxşıdı, amma uğurlu karyera üçün bütün çətinliklərə tab gətirmək lazımdı. Gülün tikanına da dözmək lazımdı. Rüfət qayıtmasaydı, öz üzərində işləyib, əsas heyətə düşə bilsəydi, onda hər birimiz “əhsən” deyərdik.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul