Salah “Neftçi”nin oyunçusunu Əbu-Dabiyə göndərdi

6.01.2026 12:58 33
Aktual / Dünya futbolu
Mərakeşdə keçirilən Afrika Millətlər Kuboku davam edir.

"Football-plus.az" xəbər verir ki, dünən “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeydanın şərəfini qoruduğu Benin yığması 1/8 finalda turnirin favoritlərindən sayılan Misirlə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 bitib, İbrahimlə Salahın əlavə vaxtda vurduğu qollar “fironlar”a qələbə qazandırıb – 3:1.

Start heyətində yer alan Sessi 77-ci dəqiqədə əvəzlənib. O artıq "ağ-qaralar"ın Əbu-Dabidəki toplanışına qatıla bilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul