• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Karvan-Yevlax” Azər Həşimovu çağırdı və məşqə buraxmadı!

Ölkə futbolu / Aktual

8-12-2025, 21:0

“Karvan-Yevlax”da elə qarışıq durum yaranıb ki, heç fələk də baş çıxarmaz.

İndi də başqa birinin – idman direktoru Turan Manafovun adı hallanır. Onunla əlaqə saxlamağa çalışdıq, mümkün olmadı. Bu üzdən klubun vitse-prezidenti Kənan Kərimovla danışmaq istədik. Təəssüf ki, Kənan bəyin də deməyə sözü yoxdu. Belədə hadisələrin mərkəzində dayanan şəxs – sənəd üzərində baş məşqçi kimi göstərilən, amma səlahiyyətləri əlindən alınan Azər Həşimov ilə söhbət etdik.  

 - “Kəpəz”lə oyuna qədər Turan Manafovun adı çəkilmirdi. Bu şəxs əvvəldən klubda idi? Nə işə baxır?
- Klubda idman direktorudu. Mən komandaya gələndən onu görmüşəm. Bilmirəm nə vaxtdan işləyir.

- Ümumiyyətlə, bu klubda əsas söz sahibi kimdi? Turan Manafov, Kənan Kərimov, yoxsa başqası?  
- Bunu da dəqiq deyə bilmərəm. Bilmirəm.  

- “Qarabağ”la kubok oyununda stadiondaydız?
- Bəli. Ona görə gəlmişdim ki, mənə Mingəçevirdə olarkən poçt vasitəsi ilə bildiriş gəldi. Bəs niyə məşqlərə gəlmirsən? Məktubu qəbul edəndən dərhal sonra, dekabrın 2-si, səhər saat 10-da “Karvan-Yevlax”ın bazasında olmuşam ki, işimin başındayam. Onlar mənə noyabrın 22-də “gəlmə” demişdilər deyə, mən də getmirdim. “Qarabağ”la oyunda da gəldim stadiona, göstərdim ki, işimin başındayam. Amma mənə bildiriş gəlməsəydi, nə bazaya gedərdim, nə də stadionda olardım.  

- Klubun bazasında olduğunuzu deyirsiz. Yəqin ki, məşqlərdə də iştirak edirsiz. Füzuli Məmmədovla işləri necə bölürsüz? O sizin köməkçiniz kimi işləyir, yoxsa necə?
- Xeyr, məşqlərdə iştirak etmirəm. Sadəcə, bazaya getdim, göstərdim ki, mən burdayam.  

- Açıqlamalarınızın birində 8 aylıq maaşınızın qaldığını demisiz. Noyabrdan maya qədər 7 ay edir. Belə çıxır ki, oktyabrın da maaşını almamısız?
- Bəli. İyulun 4-dən komandaya məşq keçirəm. Öhdəmə düşən işi görmüşəm. Artıq heç nə istəmirəm. Mayın 30-na qədər almalı olduğum məbləği istəyirəm. Müqaviləm var. Qayda-qanun bunu göstərir. Çox güman, alacam. Oktyabrın da maaşını almamışam.

- Məhkəməyə müraciət edəcəksiz? Klub bu barədə nə deyir?
- Məhkəməyə müraciət deyəndə ki, vəkilim Elcan Həsənli bu işlə məşğul olur. Bunu deyə bilmərəm ki, məhkəmə yolu ilə, yoxsa başqa yolla... Amma mən maya qədər almalı olduğum maaşı tələb edirəm.

Məsələ ilə bağlı mütəxəssisin vəkili Elcan Həsənlinin də fikrini öyrəndik:

“Bəli, klubla danışıq aparılır. Klub məşqçinin məşq keçməsinə şərait yaratmır. Bu barədə “Karvan-Yevlax”a bir neçə dəfə müraciət etmişik. Lakin heç bir cavab verilmir. Bütün hüquqi üsullardan istifadə edirik. Qısa zaman ərzində açıqlama verəcəyik”.
Bəs PFL bu problemə necə yanaşır? Klubda baş məşqçi Azər Həşimovdu, amma yevlaxlıları oyunlara Füzuli Məmmədov çıxarır. PFL-in idman direktoru Elgiz Abbasovun “Futbol+”ə açıqlaması:
“Bu məsələ diqqət mərkəzimizdədi. Bu günə qədər atılan bütün addımlar qaydalar çərçivəsində olub. Düzdü, rəsmi açıqlama yoxdu. Amma klub müqavilə əsasında məşqçilər korpusuna yeni məşqçilər cəlb edib. Əlbəttə, texniki zonada baş məşqçi göstəriş verməlidi, oyunsonrası mətbuat konfransında baş məşqçi iştirak etməlidi. Son iki oyunda bunun şahidi olmuruq. Bu məqam da bizi narahat edir. Klubla həm şifahi, həm də yazılı söhbətlərimiz davam edir. Yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

5-12-2025, 13:0

Azər Həşimov “Karvan-Yevlax”dan ayrılmayıb? – belə açıqladı

Ölkə futbolu

16-07-2025, 20:0

Kənan Kərimov "Karvan"ın vitse-prezidenti təyin edildi

Aktual / Ölkə futbolu

10-07-2025, 16:0

“Hazırda klubda iki vəzifəni icra edirəm” – Azər Həşimov “Karvan”da!

Yazarlar / Manşet

27-11-2025, 09:0

“Karvan-Yevlax” “başsız” qalıb, yoxsa iki “baş”ı var? – REPLİKA

Aktual / Ölkə futbolu

2-10-2025, 11:0

“Karvan-Yevlax” PFL-i gözləyir, PFL də “Karvan-Yevlax”ı – səbəb nədi?

Aktual / Ölkə futbolu

5-08-2025, 16:0

“Karvan-Yevlax”ın idman direktoru kimdi?

Aktual
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
Son xəbərlər
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 276
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 226
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə