Klubunda hamını arxada qoydu

5.01.2026 10:52 19
Dünya futbolu
“Mançester Yunayted”də ötən ilin dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, klubdaxili səsvermənin qalibi müdafiəçi Ayden Heven olub. 19 yaşlı futbolçu səsvermədə Mateus Kunya ilə Senne Lammensi qabaqlayıb. Heven dekabrda komandada keçirdiyi 6 oyunun hamısında start heyətində meydana çıxıb və inamlı oyunu ilə seçilib.

Xatırladaq ki, Ayden MY-yə 2025-ci ilin əvvəlində “Arsenal”dan gəlib.