• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vinisiusun “Real”dan ayrılması real variantdı

Dünya futbolu

3-01-2026, 00:0

Vinisius Junior La Liqanın son turunda – “Sevilya” ilə oyunda “Real”ın start heyətində yer aldı, özü də kapitan sarğısı ilə.

"Football-plus.az" xəbər verir ki, bu məqama təəccüblənməyə dəyməz: braziliyalı vinger komandanın 4 kapitanından biridi.

Vini meydanda olduğu 83 dəqiqə ərzində ortabab oyun göstərdi: oyundaşlarını iki dəfə zərbə mövqeyinə çıxardı, 9 driblinq cəhdindən altısı uğurlu oldu, “çərçivə”yə bir zərbə vurdu. Meqaulduz statusu prizmasından baxanda elə də yaxşı statistika deyil.

Ən pisi isə odu ki, o, qol vurmağı yadırğayıb – son 17 oyunda fərqlənməyib. Sonuncu dəfə oktyabrın əvvəlində “Vilyarreal”la oyunda fərqlənib və dayanıb.
“Real” azarkeşləri də braziliyalının performansından məmnun deyil. 83-cü dəqiqədə Qonsalo Qarsiya ilə əvəzlənərkən “Santyaqo Bernabeu”nun dolu tribunaları onu fit səsi ilə yola saldı.

Vini oyunun gedişində azarkeşlərin səs-küyünə elə bir reaksiya verməsə də, oyundan sonra emosiyalarını gizlədə bilmədi: “instaqram” hesabından “Real” formasındakı şəklini çıxarıb yığma formasındakı şəklini qoydu, bundan başqa, çoxlu nöqtələrdən ibarət paylaşım etdi. Bu mesaj hər kəsə aydındı.

“Real”ın “Talavera”ya 3:2 qalib gəldiyi kubok oyunundan sonra da Vinisiusun adı arzuolunmaz şəkildə hallanırdı. İş ondadı ki, braziliyalı həmin oyunda ehtiyatda qaldı, amma meydan sahiblərinin 2-ci qolu vurduğu 91-ci dəqiqədə kədərlənmək əvəzinə Endriklə nə haqdasa danışır və gülürdü. Kameralar iki braziliyalının şənləndiyi anı tutmuşdu. “Real”dan heç kim bu olaya reaksiya vermədi.

İspaniya mediasının yazdığına görə, “Real” Vinisius ətrafındakı gərgin atmosferə görə çox narahatdı. Klub hələ ki futbolçunu dəstəkləyir, onun meydandakı inadkarlığını yüksək dəyərləndirir. Braziliyalı özü də optimal formadan uzaq olduğunu etiraf edir. Bəlkə də yanvara qədər olan məzuniyyət işə yarayacaq.

Vinisius “Real”la müddəti 2027-ci ildə başa çatacaq müqaviləni hələ də yeniləməyib. Tərəflər ortaq məxrəcə gəlməkdən çox uzaqdı. “The Athletic”in insayderi Mario Kortagena oktyabrda belə bir xəbər yaymışdı: vinger klub prezidenti Florentino Pereslə danışıb və bildirib ki, Xabi Alonso ilə münasibətləri tam korlanıb, indiki mərhələdə müqavilə müddətini uzatmağı düşünmür. Ancaq əsas məsələ baş məşqçi ilə bağlı deyil: “Real” Vinisiusa tələb etdiyi pulu vermək istəmir. Madrid nəhəngi braziliyalıya hər il üçün 20 milyon avro təklif edir, o isə 30 milyon istəyir.

Belə bir versiya da var idi ki, Vinisiusun agentləri “Real”ın Alonso ilə necə nəticə göstərəcəyini gözləmək üçün danışıqları bilərəkdən uzadır. Onlar bunun hesabına danışıqlarda üstünlük qazanmağa çalışacaqdı. Amma belə münasibət klubu əsəbləşdirir. Deyilənə görə, klub artıq yayda danışıqları dayandırıb. Madridli bosslar oyunçunun ötən mövsümündən narazıdı, danışıqlar masasına keçməmiş braziliyalının bir daha əvvəlki səviyyəyə dönüb-dönməyəcəyinə əmin olmaq istəyir.

Bu mövzuda daha bir yeni xəbəri nəzərinizə çatdırmaq istəyirik. Florentino Peres Vinisiusun klubdan ayrılmasında maraqlı deyil. Bu xəbəri “Radio Marca”ın efirində jurnalist Roberto Qomes yayıb. Onun dediyinə görə, klub prezidenti vingerin “Real”dan ayrılmasını istəmir, madridlilərin planı ondan ibarətdi ki, braziliyalı ilə müqavilənin müddəti mümkün qədər tez uzadılsın.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-02-2025, 15:0

Madrid derbisində hansı statistik məqamlar qeydə alındı?

Dünya futbolu

23-10-2024, 14:0

Bunu ÇL-də ''Real''dan başqa heç kim bacarmayıb

Dünya futbolu

16-01-2025, 15:0

Vinisiusun aqibəti müəyyənləşdi

Dünya futbolu

11-01-2023, 10:0

121 illik "Real" tarixində ilk dəfə

Dünya futbolu

8-12-2024, 20:0

Arda ilk qolunu vurdu, ''Real'' rəqibini darmadağın etdi

Dünya futbolu

30-10-2025, 12:0

“Real”ı tərk etmək istəyir

Aktual
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
“Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
Son xəbərlər
  • Bu gün, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Bu gün, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Bu gün, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Bu gün, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Bu gün, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
  • Bu gün, 15:46
    “Kəpəz”ə yeni rəhbər seçildi
  • Bu gün, 15:22
    Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
  • Bu gün, 14:51
    Amaniyaya qayıtdı
  • Bu gün, 14:20
    ''Beşiktaş'' ilk transferini rəsmiləşdirdi
  • Bu gün, 13:59
    AÇ-nin kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
  • Bu gün, 13:38
    ''Beşiktaş'' yayın ilk yoxlama oyununda qalib gəldi
  • Bu gün, 13:17
    "Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
  • Bu gün, 12:59
    "Şəfa" yeni mövsüm üçün hazırlığa başladı
  • Bu gün, 12:25
    Türkiyəli futbolçu Şimali Makedoniya yığmasında oynayacaq
  • Bu gün, 11:54
    Portuqaliya İspaniyaya rəqib oldu - FİFA sayılmayan qol ilə bağlı açıqlama verdi
  • Bu gün, 11:23
    Emil daha iki il "Sumqayıt"da
  • Bu gün, 10:52
    Axırıncı dəfə olsun, Elvin!
  • Bu gün, 10:31
    Millimiz Lüksemburqa qalib gəldi
  • Bu gün, 10:00
    Sinner narazıdı, amma əvvəlki qədər yox - “Düşünürəm ki, indiyə qədər yetərincə danışmışıq”
  • Bu gün, 08:10
    Ronaldonun Portuqaliyanı 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:00
    İspaniya darmadağınla 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:53
    "Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik" - Yuri Vernidub
  • Dünən, 23:10
    "Neftçi" ilk yoxlama oyununda uduzdu
  • Dünən, 22:59
    Verniduba ötürmə...
  • Dünən, 22:28
    ''Fənərbaxça''nın sabiq forvardı ''Qalatasaray''a keçir
  • Dünən, 21:57
    "Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
  • Dünən, 21:20
    Fərid Namazov yenidən "İmişli"də
  • Dünən, 20:55
    Andrade qol vurdu, "Sabah" böyük hesabla uduzdu
  • Dünən, 20:24
    İkardinin menecerindən növbəti qəribə açıqlama: ''Gözləyib görəcəyik''
  • Dünən, 19:53
    Rassell mövsümdə ikinci dəfə hamını qabaqladı
  • Dünən, 19:16
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 18:45
    “Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
  • Dünən, 18:14
    “Xankəndi” üç futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 17:55
    Adında “şir” ola, özün isə hamıdan qorxasan… - DÇ-nin TƏƏSSÜRATI
  • Dünən, 17:23
    UEFA ''Fənərbaxça''nı cəzalandırdı!
Daha çox
Oxunub: 314
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 237
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 183
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə