Bildiyiniz kimi, La Liqanın 16-cı turunda "Real" "Vilyarreal"a məğlub olub - 1:2.
Football-plus.az xəbər verir ki, madridlilərlə bağlı 1 məqam diqqət çəkib.
“Real”ın 121 illik tarixində ilk dəfə start heyətində heç bir ispan futbolçu yox idi.
Komandanın indiyə qədər keçirdiyi 4435 oyunda belə hal olmamışdı.