• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Baxşıyevin qovulmasıyla bağlı şok faktlar! - pərdəarxasında yaşananlar üzə çıxdı

Ölkə futbolu / Manşet

27-12-2025, 23:0

“Araz-Naxçıvan” dünən səhər saatlarında baş məşqçi Elmar Baxşıyevlə yolları ayırdı.

Əslində bu qərar gözlənilən idi. Ona görə ki, “qırmızı-ağlar” uzun müddət idi sabit nəticə göstərə bilmirdi, bu üzdən ilk “dördlük”dən kənar düşmüşdü. Lakin bu ayrılıq digər vidalaşmalardan bir çox detalına görə fərqlənir. Aşağıda xeyli məqama aydınlıq gətirməyə çalışacağıq. Ancaq əvvəlcə sizi məhz dünən yaşanan hadisələrlə tanış etmək istəyirik.

Baxşıyevdən “qarşılıqlı razılıq” ifadəsinə təkzib...
“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib. İclasda əsas komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümündə Misli premyer-liqasında üçüncü pilləni tutub və Konfrans Liqasında iştirak edib” – bu sözlər klubun ayrılıq xəbərini rəsmi elan etdiyi bəyanatdan götürülüb.

Əslində Elmar bəyin bir neçə saat sonra həmkarlarımıza verdiyi açıqlama gündəmi zəbt edənə qədər hər şey normal görünürdü. Lakin mütəxəssisin dedikləri aysberqin görünməyən tərəfinə işıq saldı:

“Klub rəhbərliyi məni yanına çağıraraq artıq mənimlə işləmək istəmədiyini bildirdi və bununla da söhbət bitdi. Müqaviləm mövsümün sonuna - may ayının sonunadək qüvvədə idi. Buna baxmayaraq, mənə heç bir kompensasiya verilmədi və bu mövzu, ümumiyyətlə, müzakirə olunmadı. İndi isə qarşılıqlı razılıqla ayrıldığımız barədə bəyanat verirlər. Bu, məni məyus etməyə bilməz. Çünki komanda qış fasiləsinə pis nəticələrlə yollanmayıb. Hazırda üçüncü yerdən “Araz-Naxçıvan”ı cəmi iki xal ayırır. Bu nəticəni uğursuz adlandırmaq olmaz. Komandanı doqquzuncu pillədən götürüb yuxarı pillələrə apardıq. Sonradan müəyyən uğurlara və ilklərə imza atılmasında pay sahibi olduq. Bununla yanaşı, komandada heç bir futbolçuyla problemim olmayıb. Futbolçulardan soruşun, onlar bu söhbətlərin yalan olduğunu deyəcəklər”.
Bir qədər əvvələ gedək... Məlumdu ki, Elmar Baxşıyev hələ dekabrın 23-də “qırmızı-ağlar”la yollarını ayırdığını açıqlamışdı. İş ondadı ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, klubdan rəsmi açıqlama gəlmirdi. Əlbəttə, hadisələrin axarı gözümüzdən yayınmamış, bunun səbəbini bilmək üçün srağagün naxçıvanlıların mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxlamışdıq. Klub rəsmisi açıqlamasında bunları demişdi:
“Hələ müəyyən detallara aydınlıq gəlməyib. Həmin məqamlar da aydınlaşdırılmalıdı. Rəsmi açıqlamada müqaviləyə xitam verildiyi yazılmalıdı. Lakin vəziyyət belə deyil. Müqavilə hələ qüvvədədi. Bəzi səbəblərə görə razılaşmaya xitam verilməyib. Həmin məqamlar da dəqiqləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək”.
Bəli, həmin açıqlama dünən verildi və nəticədə məhz Elmar bəyin özü yazılanları təkzib etdi. Maraqlıdı, bəs, bu məsələlər necə tənzimlənib? Klubun Elmar bəyin açıqlamasına münasibəti necədi? Bu sualları “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubova ünvanlasaq da, qarşı tərəfdən arzulamadığımız cavabı eşitdik:
“Xəstələnmişəm, danışa bilməyəcəm”.
Eldəniz bəy dərhal dəstəyi asdığından ortaya qəribə, ölkə futbolu adına əcaib mənzərə çıxdı. Klubun rəsmi açıqlaması təkzib olunur, klub rəsmisi susur. Bu öz yerində. Bəs, bundan sonra nə baş verəcək?

“Qırmızı-ağlar” Baxşıyevə təzminat ödəyəcəkmi?
Bəli! Düzdü, mütəxəssis klubdan təzminat almadığını, ümumiyyətlə, bu barədə danışılmadığını bildirir. Lakin klub qarşıdakı günlərdə Elmar Baxşıyevin təzminatını ödəmək niyyətindədi. Bu barədə uzaqdan yox, “Araz-Naxçıvan”a yaxın mənbələrdən məlumat almışıq. Rəsmi olmayan xəbərlərə görə, həmin təzminat məbləği təxminən 65 min manat olacaq. Bəs, yola salınan baş məşqçinin bundan niyə xəbəri yoxdu? Bu da ayrı qəribəlikdi...

Baxşıyev düz deyir, amma...
Yuxarıda mütəxəssisin sözləriylə tanış olduz. Bəli, o, haqlıdı. “Araz-Naxçıvan” həqiqətən də 3-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 2 xal geridədi və futbolda iş əmsalı həm də nəticələrlə ölçülür. Amma burda bəzi məqamları xatırlatmaqda fayda var. Ona görə ki, “qırmızı-ağlar”ın oyununda çox ciddi geriləmə müşahidə olunur. Onlar baxımlı oyun sərgiləməkdə ciddi çətinlik çəkir. Muxtar Respublik təmsilçisi ilk 16 turda iddialı rəqiblərdən yalnız “Turan Tovuz”u məğlub edə bilib. Qələbələr isə “Qəbələ”, “Kəpəz”, “İmişli” “Karvan-Yevlax” və “Şamaxı” ilə matçlarda, yəni məhdud büdcə ilə premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalara qarşı mübarizədə əldə olunub. Hələ onu demirik ki, “qırmızı-ağlar” “Qarabağ”a hər iki matçda 5 qol buraxmaqla uduzub. Həmçinin naxçıvanlılar premyer-liqada “Qəbələ”yə, ölkə kubonun 1/8 finalında “Kəpəz”ə məğlub olub. Yəni “qırmızı-ağlar” üçün kubok yoluyla avrokuboklara vəsiqə qazanmaq şansı da əldən çıxıb.

Kəsəsi, heç kim “Araz-Naxçıvan” rəhbərliyinin kökündən yanlış qərar verdiyini iddia edə bilməz. O başqa məsələ ki, Elmar Baxşıyevin baş məşqçi postunda qalacağı təqdirdə avrokuboklara vəsiqə qazana bilib-bilməyəcəyini öyrənmək sonsuza qədər mümkün olmayacaq...

Baxşıyevin xələfi bəllidi?
Ukrayna mətbuatında dolaşan xəbərlərə inansaq, Baxşıyevin boşaltdığı vəzifəni tutacaq mütəxəssisin də adı bəllidi. Söhbət ukraynalı Andrey Demçenkodan gedir. Həmkarlarımız iddia edir ki, 49 yaşlı mütəxəssis artıq klubla 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, yanvarın əvvəlində vəzifəsinin icrasına başlayacaq.

Maraq üçün qeyd edək ki, Demçenkonun son iş yeri Qazaxıstan “Jenis”i olub. Komanda onun rəhbərliyi altında çempionatda 6-cı yeri tutubsa, ölkə kubokunda yarımfinala yüksəlib. Mütəxəssis daha çox Ukraynadakı işi ilə tanınır. O, burda "Metallist 1925"in baş məşqçisi olub. Ölkə xaricində isə Özbəkistanda "Obod"u, Gürcüstanda "Dila”nı və Batumi "Dinamo”sunu çalışdırıb.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

26-12-2025, 11:0

"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - RƏSMİ

İdman

26-09-2024, 11:0

“Araz-Naxçıvan”da yeni baş məşqçi

Ölkə futbolu

29-05-2024, 10:0

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

Ölkə futbolu / Manşet

11-04-2024, 09:0

Elmar Baxşıyevlə müqavilənin detalları bilindi - iki ay sonra o da yola salına bilər

Ölkə futbolu

27-11-2025, 19:0

"Səbail" Elvin Məmmədovu istefaya göndərdi - RƏSMİ

Ölkə futbolu

25-12-2025, 15:0

"Araz-Naxçıvan" Qara Qarayevlə yolları ayırdı - RƏSMİ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 98
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə