Elmar Baxşıyev "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi. Premyer-liqa klubunun rəsmi saytı vsitəsilə elan edilən xəbərdə mütəxəssislə müqavilənin detalları açıqlanmadı.
Anlaşmanın müddətini öyrənmək və baş məşqçinin qarşısına qoyulan hədəflərlə bağlı məlumat üçün "qırmızı-ağlar"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq. Onun "Football-plus"a söylədikləri:
"Müqavilənin müddəti "iki ay + 1 il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıda 7 tur var. Mövsümün sonunda bu oyunlarda qazanılacaq nəticələrə əsasən, rəhbərliklə baş məşqçi arasında müzakirə aparılacaq. Qərar qarşılıqlı razılıq əsasında veriləcək. Göstəricilər rəhbərliyi qane etdiyi halda, Elmar Baxşıyevlə yola davam ediləcək. Mütəxəssisdən istənilən ba vəxımlı oyun ortaya qoyan əzmkar komanda formalaşdırmaq və xal ehtiyatını artırmaqdı. Mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq tələb olunur".
Qeyd edək ki, "Araz-Naxçıvan" 32 xalla turnir cədvəlinin 8-ci pilləsindədi.
KƏNAN BAHADIR