“Bavariya”da ciddi itki

30.12.2025 17:36 18
Dünya futbolu
“Bavariya” ciddi itki ilə üzləşib. Komandanın kapitanı və əsas qapıçısı Manuel Noyer zədələnib.
"Football-plus.az" xəbər verir ki, klubun məlumatına görə, təcrübəli futbolçu bundesliqanın 14-cü turunun “Maynts-05” ilə keçirilən matçında (2:2) xəsarət alıb.

Aparılan tibbi müayinələr Noyerin sağ bud əzələsində yırtıq olduğunu üzə çıxarıb. Hələlik 37 yaşlı qapıçının yaşıl meydanlara qayıdış vaxtı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.

14 turdan sonra 38 xal toplayan “Bavariya” turnir cədvəlinin lideridi. Manuel isə bu mövsüm keçirdiyi 12 oyunun 5-də qapısını toxunulmaz saxlayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul