Əfran İsmayılov maşınına qovuşdu

17.12.2025 11:50 60
Ölkə futbolu / Aktual
Ötən ay sabiq futbolçu, hazırda “Araz-Naxçıvan”ın köməkçi məşqçisi Əfran İsmayılov maşınının Dövlət Yol Polisi tərəfindən səbəbsiz yerə saxlandığını, maşınını tapa bilmədiyini demişdi.

Hansı cərimə meydançasında olduğu ilə bağlı məlumatı olmayan İsmayılov maşınını tapa bildimi?

Bu barədə gənc mütəxəssisin özü ilə əlaqə saxladıq:
“Açığı, mənə qarşı hörmətsizlik və anlaşmazlıq olmuşdu. Heç bir günahım olmadan maşınımı cərimə meydançasına aparmışdılar. Şükürlər olsun ki, hər şey qaydasına düşdü. Əsas səbəbkar DYP-nin mətbuat katibi Toğrul Nəsirli oldu. Mənlə əlaqə saxladı, aydınlaşdırdıq, hər şey qaydasına düşdü. Maşınım hazırda özümdədi. Belə şeylər olur”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul