• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”a məhz belə məqamlar üçün hücumçu lazım idi” - Mircavadov şok məğlubiyyətin günahkarını tapdı

Ölkə futbolu / Manşet

14-12-2025, 14:0

Heç şübhəsiz, “Qarabağ”ın “Ayaks”a uduzması bu həftənin ən aktual mövzusudu. Futbol ictimaiyyəti, matçı izləyən yüzminlər – oyunu İTV-nin təkcə “yutub” kanalında 200 mindən çox adam canlı izləyirdi!– hazırda Qurban Qurbanovu və Nəriman Axundzadəni suçlayır. Baş məşqçini yanlış əvəzetmələrdə günahlandıranlar gənc hücumçunun da komandanı gücləndirmək əvəzinə zəiflətməsindən gileylənir. Təbii ki, sırf bu yöndə səslənə iradları haqlı saymaq olar. “Köhlən atlar”ın ilk qolunun müəllifi Kamilo Duran meydanı tərk etmək istəmirdi. Bunu onun təkcə qollarındakı bağcıqları yerə çırpmasından hiss etmək mümkün idi. Hələ onu demirik ki, sifəti zəhər tuluğuna çevrilmişdi... Elə Leandro Andradenin də daha bir neçə dəqiqə top qovmaq imkanının olduğu göz önündəydi. Təəssüf ki, xüsusən Aleksey Kaşukla Nəriman bu oyunda ümidləri doğrultmadı. Hətta Axundzadənin ayağı top tutmurdu desək, yanılmarıq. İzləyənlər gördü ki, Nəriman azı iki dəfə ona edilən ötürməni qəbul etməkdə çətinlik çəkdi. Daha doğrusu, topu dabanıyla özündən uzaqlaşdırdı.
Bəs “Qarabağ” həqiqətən məğlubiyyətə layiq idi? Qurban bəylə Nəriman bu tənqidləri haqq edirmi? Baş məşqçinin əvəzetmələrini necə əsaslandırmaq olar? Axı hazırda, demək olar ki, birmənalı fikir matçı məhz baş məşqçinin uduzmasıdı...
“Futbol+”in suallarını təcrübəsinə şəkk etmədiyimiz Ağasəlim Mircavadov cavabladı: “Qarabağ”ın bütün gücünü meydanda qoyduğuna şübhə yoxdu. Oyuna necə hazırlaşmışdılarsa, elə də oynadılar. Xatırlamıram ki, “Qarabağ” hansısa oyunda bu qədər qol vəziyyəti yaratsın. Birinci hissədə o qədər real qol fürsəti var idi ki... Təəssüf ki, “Qarabağ”da konkret hücum xətti yoxdu. Belədə Avropada uğur qazanmaq da yetərincə çətinləşir. “Qarabağ”a məhz belə məqamlar üçün hücumçu lazım idi. Orta xəttin yüksək keyfiyyətdə olması həmişə komandanın xeyrinə işləmir. İş ondadı ki, “Qarabağ”ın müdafiəçiləri belə hücumameyillidi. Sistem belədi. Hər şey baş məşqçidən asılıdı. Məncə, hesab 2:1 olanda müdafiə olunmaq yanlış addım sayılacaqdı. Bu komanda müdafiə olunmağı bacarmır... Həmçinin “Qarabağ” bütün qolları öz səhvi ucbatından buraxdı. Ardıcıl qol fürsətlərini əldən buraxmaq lazım deyildi... Ancaq həm də çempionatımızın səviyyəsini nəzərə almalıyıq. “Qarabağ” bu səhvləri premyer-liqada da edir. Sadəcə, rəqiblər bundan faydalana bilmir. Avropada isə səni bağışlamırlar. Əvəzetmələrə gəlincə, Qurban Qurbanov bu işləri çox görüb. Təəssüf ki, bu dəfə futbolçular oyun ritminə uyğunlaşa bilmədi. Daha diqqətli olmalıydılar. Və “Qarabağ”, təbii ki, tənqid olunmalıdı. Lakin söhbət tutarlı, düzgün tənqiddən gedir. Onu da deyim ki, ölkədə “Qarabağ”a təzyiq azdı. Premyer-liqadakı rəqiblər bu komandaya qarşı yaxşı çıxış edə bilmirlər. Bütün bu məqamların Avropa oyunlarında payı olur”.
KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yazarlar / Manşet

11-12-2025, 16:0

Qurban bəy seçdiyi taktika, etdiyi dəyişikliklər ilə “Qarabağ”ı “Ayaks”a “qurban verdi”

Ölkə futbolu / Manşet

15-06-2024, 11:0

Nəriman Axundzadənin dəyəri 1,2 milyon avrodu?

Avrokuboklar / Aktual

6-11-2025, 16:0

Leandro Andrade ən yaxşıdı, bəs “Qarabağ”ın ən zəifi kim oldu?

Avrokuboklar / Aktual

11-12-2025, 18:0

“Qarabağ”ı tənqid edənlər səhv yoldadı” – Aqil Abbas Qurbanovla Nərimana sinə gərdi

Aktual / Manşet

8-07-2022, 10:0

"Patrik Andradenin yoxluğu hiss olunurdu" - Ağasəlim Mircavadov

Manşet / Yazarlar

11-12-2025, 12:0

Sağ ol, Qurban bəy: canımızı saymaqdan qurtardın!

Aktual
Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
“Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
Son xəbərlər
  • Bu gün, 20:27
    Ter Ştegenin yolu haradı?
  • Bu gün, 18:40
    La Liqada gözlənilən istefa
  • Bu gün, 17:37
    “Liverpul”u tərk edəcək
  • Bu gün, 16:51
    Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ
  • Bu gün, 16:42
    PSJ-nin rəhbərliyindən futbolçulara böyük motivasiya
  • Bu gün, 16:00
    Mahir, Elvin, Nəriman, Renat... – onların millidə nə işi var?
  • Bu gün, 15:36
    Veremeyev də göndərildi
  • Bu gün, 15:15
    Qərbdə hesab bərabərdi, Şərqdə “Nyu-York” öndədi
  • Bu gün, 14:42
    “Yalnız iclasdan sonra səbəblər və hədəflər haqda məlumat verə biləcəyik” – klub prezidenti
  • Bu gün, 14:03
    “Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
  • Bu gün, 13:30
    Əziz Yıldırım sabiq niderlandlı ulduzu ''Fənər''ə geri qaytarır
  • Bu gün, 13:00
    Veysəlin məşqlərə qatılmasına ağ ciyərinin durumu mane olub – “Kəpəz”dən cavab
  • Bu gün, 12:30
    Əziz Yıldırım Kocamanın ''Fənər'' üçün dəyərini xatırlatdı
  • Bu gün, 11:59
    Millimiz Fransaya qarşı
  • Bu gün, 11:20
    PSJ ardıcıl ikinci, “Arsenal” tarixinin ilk titulunu qazana bilər
  • Bu gün, 10:49
    "Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev
  • Bu gün, 10:03
    Bu klub Fatidən razıdı
  • Dünən, 23:58
    İran Antalyada qələbə qazandı
  • Dünən, 23:26
    “İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya
  • Dünən, 23:00
    “Qələbə qazanmağa gəlmişdik” – Abbe Usman
  • Dünən, 22:34
    Nərimanın forması Budapeştdə nümayiş etdirilir
  • Dünən, 22:03
    "Şamaxı"da 11-ci ayrılıq
  • Dünən, 21:32
    Əli Səmədov daha iki il "Kəpəz"də - RƏSMİ
  • Dünən, 21:21
    Murad Məmmədov “Pafos”a nə vaxt qoşulacaq? – “mənə belə deyiblər”
  • Dünən, 20:35
    Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı
  • Dünən, 20:04
    Jezuş Səudiyyə Ərəbistanından rəsmən ayrıldı - Türkiyəyə gələcəkmi?
  • Dünən, 19:33
    Montella Kərəm Aktürkoğlunun son durumu barədə nə dedi? - ''Riskə getməyəcəm''
  • Dünən, 19:02
    “Sabah” bölgələrdə istedad axtarışına çıxır
  • Dünən, 18:31
    “Həmişə meydana qələbəni düşünərək çıxmışıq” – Prins Ovusu
  • Dünən, 18:01
    "Ağstafa Gəncləri" 2-ci liqada qaldı
  • Dünən, 17:40
    Yankoviç yığmaya dəvət aldı
  • Dünən, 17:19
    "Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı
  • Dünən, 17:00
    Romadan Milana üz tuta bilər
  • Dünən, 16:29
    Modriç üçün həqiqət anı
  • Dünən, 15:58
    Uğursuzluğa baxmayaraq, postunu qorudu
Daha çox
Oxunub: 361
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 259
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 195
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 194
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 194
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 182
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə