Mövsüm bitəndən sonra ikihissəli iclasdan sonra “Karvan-Yevlax”da bütün vəzifələrin sahiblərinin bilinəcəyi ilə bağlı məlumat əldə etmişdik. Lakin idman direktoru və digər vəzifələrlə bağlı son iclasa qədər hansısa məlumat olmadığı deyilmişdi.
Sonuncu iclas isə çoxdan olub. Hələ də bu vəzifələrin sahibləri bəlli deyil. Klubla əlaqə saxlayıb, vəziyyəti öyrəndik. Bəlli oldu ki, klubun prezidenti Şahmar Vəliyev, vitse-prezident isə Kənan Kərimovdu. Hələ də digər vəzifələrlə bağlı dəqiq heç nə yoxdu.
MÜZƏFFƏR QULUZADƏ