Məmməd Quliyev Tailandda klubunu dəyişdi

1.12.2024 12:24 295
Dünya futbolu
Uzun müddətdi Tailandda çıxış edən Məmməd Quliyev klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Saraburi Yunayted"dən ayrılıb və 3-cü liqanın daha bir təmsilçsi "Muanq Loei Yunayted"lə anlaşıb.

Qeyd edək ki, Məmməd Quliyev karyerası ərzində “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphaengphet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted"”(hamısı Tailand) klublarında oynayıb.