Misli premyer-liqasının 9-cu turunda “Zirə” “Sumqayıt”ı məğlub etdi - 1:0.
Oyunsonrası mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.
- Yaxşı formalaşmış, 14 xal toplayan komandaya qarşı oynadıq. 1-ci hissədə üstün olduq. 2-ci hissədə rəqib təzyiqi artırdı. İkinci qolu vura bilsəydik, oyun bizim üçün daha rahat keçərdi.
- Rauf Cabbarovdan razı qaldız?
- İlk oyun idi ki, sakit keçdi (gülür). Məncə, yaxşı idarə etdi, hər iki tərəf razı qalar yəqin ki.
- U-21-də işləyəndə yerli gənc futbolçuların az oynamasından şikayət edirdiz. Cəlal Hüseynovdan başqa gənc futbolçu “Zirə”də görə bilmirik.
- Dövr. zaman fərqli olur. Mümkün olsa, oynadacağıq. İddialı akademiyaları olan
klublarımız var. Cəlalı oynatdıq, Azərbaycan futboluna qazandırdıq. İndi də
Əhliman var. 17 yaşı var. Üç-dörd futbolçu komanda ilə məşqlərə qatılır.
- Till niyə gəlmişdi, niyə getdi? Axı zədəyəmeyilli olduğunu bilirdiz.
- Futbolçunun gəlmək səbəbi heyəti gücləndirməkdi. Yoxladıq, probleçi var idi. Bir məşq
etdi, onda da zədələndi. Tez-tez zədələndi. Oturduq, danışdıq ki, uzunmüddətli müalicə almalıdı. Gələcəkdə qarşılaşa bilərik. Onu çox bəyənirəm.
- Eldar Quliyev legioner kimi sifariş olunub. Rəşad Sadıqovun Eldar Quliyev sevgisi nədi?
- İki mövsüm ikinci yer olanda onun böyük rolu olub. Ötən mövsüm iki dəfə zədələndi. Yaxşı məşq edə bilməmişdi. Yaxın gələcəkdə daha çox oyunlarda şans qazanacaq.
MÜZƏFFƏR QULUZADƏ
"İlk oyun idi ki, sakit keçdi" - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet





