Milli üçüncü oyunda da uduzdu

29.11.2025 18:40 8
İdman
17 yaşadək qızlardan ibarət həndbol millimiz Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma Bolqarıstan komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 47:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnirdəki ilk iki matçında Böyük Britaniya və Kosovo seçmələrinə 27:32 və 24:34 hesabları ilə uduzub.

Komanda növbəti görüşünü Belçikaya qarşı keçirəcək.