U-15 millimiz növbəti dəfə məğlub oldu

22.09.2024 15:59 130
Ölkə futbolu
15 yaşadək (U-15) qızlardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub.

"Football-plus.az"ın məlumatına görə, yığma Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 daha əvvəl Belarusa 1:8 Özbəkistana isə 1:2 hesabı ilə uduzub.