Məğlubiyyət seriyası 8 oyuna çatdı

27.11.2025 00:10 9
Dünya futbolu
“Ayaks” tarixinin ən uğursuz seriyasını müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, Niderland klubu Çempionlar Liqasının “Benfika” ilə oyununda 0:2 hesabıyla uduzub. Nəticədə amsterdamlıların avrokuboklardakı məğlubiyyət seriyası 8 oyuna çatıb.

“Ayaks” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk 5 matçda məğlub olan ikinci Niderland təmsilçisidi. Bundan əvvəl “Feyenoord” 2017/18 mövsümündə eyni nəticəni göstərib.